Birləşmiş Azadlıq Qüvvələri (BAQ; türk. Birleşik Özgürlük Güçleri, BÖG) — Türkiyədən bir neçə inqilabi sosialist təşkilatın, xüsusən də Suriyada vətəndaş müharibəsi zamanı Rojava münaqişəsində fəal olan İnqilabçı Kommunardlar Partiyasının (DKP) birgə qürbətçi milisidir.
Birləşmiş Azadlıq Qüvvələri | |
---|---|
Yaranma tarixi | 2014 |
ozgurlukgucleri.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyada vətəndaş müharibəsinin Beynəlxalq Briqadalarından ilhamlanan milis 2014-cü ilin dekabrında Suriyanın Rojava muxtariyyətinin de-fakto daxilində olan Kobani şəhərində yaradılmışdır.[1]
21 sentyabr 2015-ci ildə BAQ komandiri Əziz Gülər İŞİD-ə qarşı döyüşərkən minanın partlaması nəticəsində həlak olmuşdur. Onun cəsədi Türkiyəyə qaytarılmaq üçün [[Rəsulayn] xəstəxanasına aparılmışdır. Türkiyə hakimiyyəti onun cəsədini ölkəyə buraxmaqdan imtina etməsi mübahisələrə səbəb olmuşdur. Ailəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməzdən əvvəl Suruç rayon rəhbərliyinə, Nazirlər Şurasının[2] qərarına görə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmişdi.[3] 59 gündən sonra Gülərin cənazəsi Türkiyəyə daxil ola bilmiş və 22 noyabr 2015-ci ildə İstanbulda dəfn edilmişdir.[4] [5]