Birma pişiyi

Birma pişiyi - yarımuzuntüklü pişik cinsi.

Haqqında[redaktə | mənbəni redaktə et]

Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı.2013, səh.137