Bistro

Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır.

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]
Parisin "À la Mère Catherine" restoranındakı xatirə lövhəsi

Populyar etimoloji versiyaya görə, bistro sözünü rus dilində işlədilən "быстро" (tez,cəld) sözü ilə əlaqələndirirlər. Belə ki,1814-cü ildə Parisin Rusiya tərəfindən mühasirəsi zamanı rus zabitləri və ya kazaklar fransız ofisiantlarından onlara tez qulluq etmələrini tələb etmişdir. Beləliklə, sifariş verildikdən dərhal sonra hazırlanan və süfrəyə verilən yeməklərin verildiyi yer belə adlanmağa başlamışdır. Fransız dilində "I" səsi olmadığından, fransızlar rus sözü olan "быстро" bistro kimi tələffüz etmişdilər. Bu versiya Monmartrda yerləşən restoranlardan birinin xatirə lövhəsində həkk edilmişdir.

Яндекс. Словари›Российский гуманитарный энциклопедический словарь[ölü keçid]</ref>.