Bitki toxumaları

Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxumalar deyilir. Bitki toxumaları törədici, əsas, örtük, ötürücü, mexaniki və ifrazat toxuma qruplarına ayırırlar.

Törədici toxuma

[redaktə | mənbəni redaktə et]

Törədici və ya meristem toxumasının hüceyrələri kiçik, incə qılaflı və iri nüvəli olub, bölünmə bacaraqları vardır. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitkilərin yaşamı boyu böyüməsini və gəlişməsini təmin edir. Bütün toxumalar törədici toxumadan yaranır.

Onun ayrı-ayrı növləri vardır: 1.Təpə meristem-köklərin və zoğların ucunda yerləşir 2.Yan və ya kambi meristem-gövdədə qabıq və oduncaq arasında yerləşir.Çoxillik bitkilərdə gövdə və kökün eninə böyüməsini təmin edir. 3.Aralıq və ya interkalyar meristem-buğumarasının dibində yerləşir.Tumurcuqları,cavan zoğları uzununa böyüdür.Taxıl bitkilərinin gövdəsi interkalyar yolla böyüyür. 4.Zədə meristemi-bitkinin zədələnmiş yerlərində əmələ gəlir.Yaranı örtən eynitipli parenxim hüceyrələrindən ibarət toxumaya başlanğıc verir.

Örtük toxuması

[redaktə | mənbəni redaktə et]

Bitkini xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirindən qoruyur. Yarpaqların və cavan zoğların səthini örtük toxumasının bir növü olan dəricik və ya epiderma ilə örtülür. Dəricik şəffaf və canlı hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələri sıx yerləşir. Üzəri dəriciklə örtülmüş bitki orqanlarında qaz mübadiləsi xüsusi quruluşlu ağızcıqlarla gedir. Payızda bitkinin bəzi hissələrində dəricik örtük toxumasının digər növü olan mantarla əvəz olunur. Mantar üzərinə yağabənzər maddələr hopmuş qalın divarlı ölü hüceyrələrdən ibarətdir. O, bitkiyə su və işıq keçməsinin qarşısını alır. Üzəri mantarla örtülmüş bitki orqanlarında qaz mübadiləsi mərciməklər adlanan kiçik dəliklər vasitəsilə olur. Bitkinin yaşı artdıqca mantar qatı qalınlaşır.

Mexaniki toxuma

[redaktə | mənbəni redaktə et]

Gövdədə, liflərdə, yarpaq saplağında, yarpaq damarlarında yerləşir. Mexaniki toxuma bitkiyə möhkəmlik verərək dayaq funksiyası yerinə yetirir. Onlar əsasən ölü, bəzən canlı hüceyrələrdən təşkil olunmuşdur.

İfrazat toxuması

[redaktə | mənbəni redaktə et]

Bitkilərin nektarlıqları, şirə ifraz edən kanalcıqları aiddir. Hüceyrələrində həşəratları bitkiyə cəlb etmək, bitkini heyvanlar tərəfindən yeyilməkdən mühafizə etmək üçün xüsusi maddələr toplanır.

Ötürücü toxuma

[redaktə | mənbəni redaktə et]

Su və mineral duzlar gövdə boyunca yerləşən borucuqlar ilə yuxarı qalxır. Borucuqlar yan divarları qalınlaşmış və arakəsmələri isə itərək boru şəklini almış ölü hüceyrələrdən təşkil olunmuşdur. Yarpaqlarda və yaşıl gövdələrdə sintez olunan üzvi maddələr isə qabıq hissəsində yerləşən floema boruları ilə bitkinin müxtəlif orqanlarına aparılır. Floema boruları arakəsmələri ələk kimi deşikli olan canlı hüceyrələrdən təşkil edilmişdir.

Nazik qılaflı canlı hüceyrələrdən ibarətdir. Bitkinin bütün orqanlarında rast gəlinir və orqanlararası boşluğu doldurur. Əsas toxuma maddələrin əmələ gəlməsində və toplanmasında iştirak edir. Fotosintezedici toxumasının sitoplazmasında çoxlu miqdarda yaşıl xloroplastlar olur. Bitkilərin yaşıl hissələrində, xüsusən yarpaqlarda rast gəlinir. Bu toxuma əsasən fotosintez prosesini həyata keçirir və üzvi maddələr əmələ gətirir. Ehtiyat toplayıcı toxumalarının hüceyrələri iri vakuollara malikdir. Vakuollarda içərisindəki hüceyrə şirəsində müxtəlif ehtiyat qida maddələri — nişasta dənələri, yağ damlaları, suda həll olmuş şəkər toplanır. Ehtiyat maddələri əsasən böyümə üçün istifadə olunur.