Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır[1]. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir.[1]. XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir. Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında, canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular. D. A. Sabinin böyümə prosesinə aşağdakı tərifi verdi: "böyümə , orqanizimin quruluş elementlərinin yenidən əmələgəlmə prosesidir." Ümumiyyətlə, böyümə bir-birilə qarşılıqlı əlaqədə olan fizioloji proseslərin məcmusu sayəsində yaranan inteqral funksiyadır[1].