Bizansda vətəndaş müharibəsi (1321-1328)

Bizansda vətəndaş müharibəsi (1321-1328) — Bizans İmperatorluğunun idarəsi səbəbilə Bizans İmperatoru II Andronikos və nəvəsi III Andronikos arasındakı bir sıra qarşıdurmalar. Qardaşı Manuilin bir sevgi münasibəti səbəbilə qəza ilə öldürülməsindən sonra II Andronikos III Andronikosu taxtdan salarkən II Andronikosun oğlu və imperatorluğa namizəd olmağa ilk sırada olan IX Mixail oğlunun ölümünün şoku ilə öldü.[1]

Bizansda vətəndaş müharibəsi (1321-1328)
Tarix 1321-1328
Yeri Frakiya, Makedoniya, Konstantinopol
Nəticəsi III Andronikos ortaq imperator və nəticədə yeganə imperator oldu.
Münaqişə tərəfləri

II Andronikos
Serbiya İmperatorluğu

III Andronikos
İkinci Bulqar İmperatorluğu

Komandan(lar)

II Andronikos
Sirgiannes Paleologos

III Andronikos
VI İoannis Kantakuzinos
Feodor Sinadin
Syrgiannes Paleologos

1321: İlk münaqişə

[redaktə | mənbəni redaktə et]

III Andronikosun mühüm tərəfdarları var idi, onların arasında ən önəmliləri könhə imperatordan narazı olan Frakiyada özlərini rüşvətlə qubernator elan edən VI İoannis və Sirgiannis Paleologos da var idi. 1321-ci il Pasxa bayramında III Andronikos paytaxtda sarayını qurub babasına qarşı üsyana başlamaq üçün Ədirnəyə qaçdı. Sirgiannis Paleologos keçmiş imperatoru danışıqlara məcbur etmək üçün orduya əmr verdi. [2][3][4] Barışıq sazişi 6 iyun 1321-ci ildə imzalandı, bu sazişə görə III Andronikos ortaq imperator kimi tanınır və Frakiya, Makedoniyaya rəhbərlik edir, Konstantinopol daxil qalan yerlər isə qocaman imperator olan II Andronikosun idarəçiliyində qalırdı, təcrübəli İmperator olaraq II Andronikos eyni zamanda xarici siyasətə də nəzarət edirdi.[5]

1322: İkinci münaqişə

[redaktə | mənbəni redaktə et]

1321-ci il tarixli sülh müqaviləsi uzun ömürlü olmadı, hər iki Andronikos faktiki olaraq bir-birilərindən ayrı müstəqil xarici siyasət aparmağa davam etdilər. III Andronikos ilə Sirgiannes Paleologos və Ali Baş Komandan İoannis Kantakuzinos arasında münaqişə yarandı.

Sirgiannes verdiyi dəstək səbəbiylə kifayət qədər təltif edilmədiyini fikirləşirdi və II Andronikosun Kantakuzinosa daha çox diqqət göstərməsindən inciyirdi. Bundan əlavə III Andronikosun Sirgiannesin həyat yoldaşı ilə aldatdığı barədə şayiələr var idi.[2][6] Nəticədə 1321-ci ilin dekabrında köhnə imperatora dəstək verdi və Konstantinopola sığındı. Megas doux adı ilə təltif olunub, sonra II. Andronikosu müharibəni davam etdirməyə razı etti. Megadük adı ilə təltif olunandan sonra II Andronikosu müharibəni davam etdirməyə razı saldı.[3][7] [8] Konstantinopolin ətrafında olan bir çox şəhərin gənc Andronikosun əlinə keçməsindən sonra 1322-ci il iyul tarixində əvvəlki Status-kvoya qayıdılan başqa bir müqavilə imzalandı. Baba ilə nəvə arasındakı imzalanan bu razılaşma Sirgiannesi çətin vəziyyətə saldı. Onların səyləri uğursuz olduqda taxtı öz əlinə almaq üçün II Andronikosa sui-qəsd planladı. Lakin plan ortaya çıxdı və Sirgiannes ömürlük həbs cəzasına məhkum edildi.[7][9][10]

2 fevral 1325-ci ildə III Andronikos rəsmi olaraq babası tərəfindən ortaq imperator olaraq taclandırıldı. Bu qarşıdurmada çox az döyüşlər olsa da, nəticələr imperiyaya böyük təsir göstərdi: Azad olmayan kəndli sinfindən götürülən daimi qoşunlar üzündən kənd təsərrüfatı istehsalı azaldı və ticarət sərt şəkildə zəiflədi.[11]

1327-28: Üçüncü münaqişə

[redaktə | mənbəni redaktə et]

1327-ci ilin fevral ayında III Andronikos ilə babası II Andronikosun arasında yeni bir münaqişə baş verdi lakin bu dəfə Balkan ölkələri müharibəyə daxil oldu. Çernomen müqaviləsində razılaşdırıldığı kimi II Andronikosun yanında Serbiya Kralı Ştefan Deanski yer alarkən, digər tərəfdə Bulqar İmperatoru Mixail Şişman yer aldı. Müharibə Makedoniya ərazisində baş tutdu və qələbələrdən sonra bu torpaqlar Saloniki şəhərinə qədər III Andronikosun əlinə keçdi. 1328-ci il yanvar tarixində III Andronikos və komandanı İoannis Kantakuzinos Salonikiyə girdilər. Makedoniyadakı bu qələbələrdən sonra III Andronikos Konstantinopolu ələ keçirməyə qərar verdi və 1328-ci il may ayında şəhərə girdi, babasını taxtdan düşməyə vadar etdi və gücü əlinə aldı.

III Andronikos (1328-1341 arası hökmdar) yeni nəsildən İoannis Kantakuzinosun rəhbərliyilə hakimiyyətə gəldi. Kantakuzinos siyasətdən, III Andronikos isə ordudan cavabdeh idi. Vətəndaş müharibəsi imperiyanı çökdürdü, pulun dəyəri düşdü lakin yeni hökumət hüquq və məhkəmələrə diqqət ayırdı. II. Taxtdan ayrıldıqdan sonra Andronikos rahib kimi bir monastıra bağlandı və taxtdan endirildikdən iki il sonra 1332-ci il 13 fevralda bağlandığı monastırda öldü. II Andronikos taxtdan düşdükdən sonra bir monastıra rahib olaraq daxil olmuş, taxtdan endirildikdən iki il sonra 13 fevral 1332-ci il tarixində həmin monastırda ölmüşdür.

  • Bartusis, Mark C. The Late Byzantine Army: Arms and Society 1204–1453. University of Pennsylvania Press. 1997.
  • Bosch, Ursula Victoria. Kaiser Andronikos III. Palaiologos. Versuch einer Darstellung der byzantinischen Geschichte in den Jahren 1321-1341. Adolf M. Hakkert. 1965.
  • Fine, John Van Antwerp. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. University of Michigan Press. 1994.
  • Kajdan, Aleksandr. Oxford Dictionary of Byzantium. Oxford University Press. 1991.
  • Jeffreys, Elizabeth. The Oxford Handbook of Byzantine Studies. Oxford University Press. 2009.
  • Nicol, Donald MacGillivray. The Last Centuries of Byzantium. Cambridge University Press. 1993.
  • Nicol, Donald MacGillivray. The Reluctant Emperor: A Biography of John Cantacuzene, Byzantine Emperor and Monk, C. Cambridge University Press. 1996.
  • Warren T., Treadgold. A History of the Byzantine State and Society. Stanford University Press. 1997.
  • Ostrogorskiy, Georgiy. History of the Byzantine State. Rutgers University Press. 1969.
  1. Ostrogorsky, səh. 499.
  2. 1 2 Fine (1994), səh. 251
  3. 1 2 Nicol (1993), səh. 157
  4. Bartusis (1997), səh. 87
  5. Ostrogorsky, səh. 499-501
  6. Vásáry (2005), səh. 121
  7. 1 2 Kajdan (1991), səh. 1997
  8. Norwich (1996), səh. 278
  9. Norwich (1996), səh.282
  10. Nicol (1993), səh. 158
  11. Ostrogorsky, səh. 501