Biznesmen (film, 1989)

Biznesmen qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Ay-Al" Müstəqil Studiyasında istehsal edilmişdir.

Biznesmen
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Aydın Dadaşov
Prodüser Ələddin Əsədzadə
Ssenari müəllifi Aydın Dadaşov
Operator Adil Abbasov
İstehsalçı "Ay-Al" Müstəqil Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Müddət 14 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1989
Texniki məlumatlar 2 hissə
250 metr
Rəng rəngli

Film varlanmış şəxsin həqiqət axtarışı yolunda müxtəlif dinləri qəbul etməsi və bunun nəticəsində mənəvi təcavüzə məruz qalması haqqında söhbət açır.[1]

Film SSRİ-də ilk rəsmi milyonçu olan Cənnət Əliyev haqqındadır. Filmdəki kadrların hamısı realdır. Rejissor filmin qəhrəmanını 1985-1989-cu illər ərzində müşahidə etmiş və hadisələri kinolentə köçürmüşdür. Film boyu Cənnət Əliyev öz tərcümeyi-halını müxtəlif məkanlarda nəql edir.

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 273

Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Filmi izlə