Bladee (əsl adı: Bencamin Rayşvald; 9 aprel 1994, Stokholm, İsveç[2]) — İsveçli repçi, prodüser və dizayner. “Drain Gang” musiqi kollektivinin üzvü olmuşdur. Bladee öz musiqisini Stokholmda yerləşən YEAR0001 adlı səsyazma şirkəti vasitəsilə yayımlayır.[3] Bu şirkətə 2014-cü ildə qoşulub, “Gluee” adlı debüt miksteypi də daxil olmaqla, bütün mahnılarını bu leyblın iştirakı ilə buraxmışdır.
Bladee | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Benjamin Reichwald[1] |
Ləqəbi | Bladee |
Doğum tarixi | 9 aprel 1994 (30 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, dəb dizayneri, musiqi prodüseri, müğənni |
Fəaliyyət illəri | 2008-ci ildən |
Janrlar | klaud rep[d], trep, alternativ R&B[d] |
Albom şirkəti | YEAR0001 |
Vikianbarda əlaqəli mediafayllar |
Bladee təkcə musiqi yazıb-oxumaqla kifayətlənmir, o, həm də vizual sənət əsərləri yaratmaqla məşğuldur. Hazırladığı rəsmlərini albomları və sinqlları üçün üz qabığı kimi istifadə edir.[4][5] Bladee, repçi həmkarı Yung Lean-in geyim markası olan “Sadboys Gear” üçün geyimlər dizayn edir, burada kreativ direktor vəzifəsini tutur.[6]
Bencamin Rayşvald 9 aprel 1994-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur.[7][8] Uşaqlığının böyük qismini şəhərin Skanstull bölgəsində keçirmişdir. Bladee 2004-cü ildə Ecco2K kimi tanınan Zak Arogundade ilə tanış olub. Eyni sinifdə oxuyan iki yoldaş 13 yaşlarında “Krossad” adlı pank qrupunu yaradıblar. Qrupla gördüyü işlər gənc Bladee-nin musiqiyə olan sevgisini oyatmışdır.[9][7][10]
Bladee məktəbdən ayrıldıqdan sonra uşaq baxçasında işə düzəlmiş, eyni zamanda hobbi kimi musiqi yaradıcılığı ilə məşğul olmağa başlamışdır.[11]
Studiya albomları[redaktə | mənbəni redaktə et]
Kollaborativ albomlar[redaktə | mənbəni redaktə et]
Miksteyplər[redaktə | mənbəni redaktə et]
Kompilasiya albomları[redaktə | mənbəni redaktə et]
|
Mini-albomlar[redaktə | mənbəni redaktə et]
Albomlara daxil olmayan sinqllar[redaktə | mənbəni redaktə et]
|