Blank krediti

Banklar tərəfindən mal-material qiymətliləri, ehtiyatları, debitor öhdəliyi, qiymətli kağızlar və s. ilə təminat olmadan təqdim olunan kreditdir. Başqa sözlə, kredit verənin yalnız şəxsi etibarına əsaslanan maddi təminatsız kreditdir, yəni blank kreditində kreditor borc alandan heç bir təminat, yəni qiymətli kağız, əmlak, dövlət zəmanəti və s. tələb etmədən verir. Blank krediti bir qayda olaraq yüksək etibara malik və ödəniş qabiliyyətli şəxslərə təqdim edilir. Uyğun olaraq, yüksək risk səviyyəsi ilə əlaqədardır. Kreditin bu növü təminatlı maliyyə vəziyyətində olan müştərilərə, “birinci dərəcəli” kreditorlara (borc alanlara) təqdim edilir ki, bank onlarla da uzunmüddətli qarşılıqlı münasibətlərə malik olur. Çevik ödəniş qabiliyyəti prinsipi – bank krediti təqdim edilməsi zamanı əsasdır. Maddi təminata malik olmayan sövdələşmə riskini nəzərə alaraq, belə istiqraz (borc) üzrə faiz təminata malik olan kreditə nisbətən daha yüksək ola bilər. Blank krediti qısa müddətə, 90 günə qədər, məhsul və xidmət istehsalı və reallaşması prosesində yaranan pula tələbatı ödəmək məqsədilə təqdim olunur. Blank kreditini əldə etmək üçün borc alan banka zəmanət ərizəsini özünün firma blankında təqdim edir. Bu zaman bank lazım olan ssudanın əsaslı olub-olmadığını yoxlamır. Blank krediti təqdim edilməsi haqqında qərar borc alanın maliyyə hesabatlarının təhlili əsasında qəbul edilir. Blank krediti vəsaitin hesablaşma hesabına istiqamətlənməsi və ya təqdim edilən tədiyyə sənədlərinin ödənilməsi yolu ilə verilə bilər.[1]

İstinadlar:[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət" (PDF). 2020-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-10-03.