Blastomikoz

Blastomikoz, yaxud Şimali Amerika blastomikozu əsasən ABŞ və Kanadada rast gəlinən sistem xarakterli endemik mikozdur. Xəstəlik həmçinin Cənubi Amerikada, Afrikada və Asiyada da müşahidə edilir. Törədici – Blastomyces dermatitidis torpaqda yaşayan dimorf göbələkdir.

Morfo-bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ətraf mühitdə və otaq temperaturunda Saburo mühitində kif şəklində inkişaf edən koloniyaları miselial formada olur . Miseliləri şaxəli və arakəsməlidir . Kürəvi , oval yaxud armudşəkilli mikrokonidilər miselilərə konididaşıyıcılar vasitəsilə birləşmişdir . Bəzən iri ölçülü xlamidosporalar əmələ gətirir . 37o C-də inkubasiya etdikdə , eləcə də orqanizmdə maya formasına çevrilir , bu forma qalın divarlı , iri ölçülü , çoxnüvəli və bir tumurcuqlu mayayabənzər hüceyrələrdən ibarətdir .

Patogenez[redaktə | mənbəni redaktə et]

Ağciyərlərə daxil olmuş göbələk sporaları iri ölçülü maya hüceyrələrinə çevrilərək ilkin infeksiya ocaqları formalaşdırır . Xəstəliyin ilkin mərhələlərində iltihab ocaqları qranulositlərlə infiltrasiyalaşır , sonra bu epiteloid və giqant hüceyrələrlə əvəz olunur . Qranulomalar formalaşdıqda belə , qonşu zədələnməmiş toxumalarda irinləmə və nekroz sahələri müşahidə olunur . Xəstəliyin disseminasiyalı forması ilkin ağciyər zədələnməsindən bir neçə il sonra inkişaf edə bilər . Patoloji prosesə istənilən orqan cəlb oluna bilər , lakin dəri , sümüklər , cinsi sitemin orqanları , mərkəzi sinir sistemi daha çox hallarda zədələnir .

Blastomikozun gizli dövrü bir neçə həftədən bir neçə aya qədər davam edir . Xəstəliyin ilk əlamətləri kəskin respirator xəstəlikləri xatırladır və yüksək hərarət , öskürək , mialgiya , altralgiyalarla müşayət olunur . Pnevmoniya çox vaxt spontan olaraq sağalsa da , bəzən xəstəlik xroniki hala keçə bilər , bəzən isə disseminasiyalı formanın inkişafı ilə nəticələnə bilər . Disseminasiyalı formalarda dərinin zədələnməsi daha çox müşahidə edilir . Əvvəlcə düyüncüklər şəklində olan zədələnmə sahələri , sonralar ətrafları yüksəlmiş verrukoz yaralara çevrilir . Yaraların ətrafında irinli mikroabseslər müşahidə edilir . İrinli yara sahələri çapıqlaşma zonaları ilə növbələşir .

Mikrobioloji diaqnostika[redaktə | mənbəni redaktə et]

Müayinə üçün irin , likvor , bəlğəm , sidik , limfa düyünlərində punktat götürülür .

Mikoloji üsul[redaktə | mənbəni redaktə et]

Patoloji materialları Saburo mühitində 37o C-də 2 həftə müddətində inkubasiya etməklə törədicinin kulturasını əldə etmək mümkündür . İdentifikasiya 37o C temperaturda zənginləşdirilmiş mühitlərdə maya formasına transformasiya qabiliyyətinin müəyyənləşdirilməsi və ZPR vasitəsilə aparılır .

Seroloji üsul qan zərdabında törədicinin A antigeninə qarşı anticisimlərin İFA vasitəsilə aşkar edilməsinə əsaslanır . Lakin digər visseral mikozlardan fərqli olaraq blastomikoz zamanı seroloji üsul bir o qədər də informativ deyil .

Müalicə[redaktə | mənbəni redaktə et]

Blastomikozun ağır klinik formalarında amfoterisin B tətbiq edilir. İtrakonazolun 6 ay meddətində istifadəsi də effektlidir .

Profilaktika[redaktə | mənbəni redaktə et]

Spesifik profilaktik vasitələr mövcud deyil .