Bleeping Computer

Bleeping Computer — 2004-cü ildə Laurens Abrams tərəfindən yaradılmış, forumlar vasitəsilə texnologiya xəbərlərini əhatə edən və pulsuz kompüter yardımı təklif edən veb-sayt.[1] O, əsasən kibertəhlükəsizliklə bağlı xəbərlər dərc edir, eyni zamanda kompüter proqram təminatı, kompüter avadanlığı, əməliyyat sistemi və ümumi texnologiya daxil olmaqla digər mövzuları da əhatə edir.

Bleeping Computer
URL bleepingcomputer.com
Açılma tarixi 26 yanvar 2004

2018-ci ildə Bleeping Computer, təqdim etdiyi ransomware məlumatı və şifrənin açılması alətləri üçün Europol NoMoreRansom layihəsinə ortaq tərəfdaş kimi əlavə edildi.[2]

  1. "Behind the scenes of a free PC troubleshooting helpsite: Interview with BleepingComputer". Emsisoft | Security Blog. 17 February 2016. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2020.
  2. "Join the global 'No More Ransom' initiative to help more victims fight back". Europol. 11 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2020.