Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur[1].
Blerta Başoli | |
---|---|
Doğum tarixi | 1983 |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, yazıçı, film prodüseri |
Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür[2]. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var.
2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları. 2008-ci ildə "Qyakova 726" adlı qısametrajlı filmi 2009-cu ildə Rotterdam Film Festivalı, Buşo Film Festivalı, Dokufest, Toffifest, Filmmor Qadın Filmləri Festivalında nümayiş etdirilmişdir. 2011-ci ildə Başolinin "Lena və mən" qısametrajlı filmi First Run Film Festivalı, Dokufest, Poqradec Film və qida Festivalı və 9/11 Film Festivalında (Ən Yaxşı Aktrisa Mükafatı) nümayiş etdirildi və mükafatlandırıldı.
Başolinin ən məşhur filmi 2021-ci ildə çəkilmiş “Arı pətəyi” filmi olub, bu film patriarxal cəmiyyətdə biznes qurmağa çalışan kosovolu qadın Fəxriyə Hotinin əsl hekayəsini izah edir. Bu Başolinin ilk bədii filmi idi[3]. Arı Pətəkləri Dünya Dram Filmləri Müsabiqəsində Böyük Münsiflər Mükafatını, Rejissor Mükafatını və Tamaşaçılar Mükafatını qazanaraq Sandens Film Festivalında rekord vurur. Başoli həmçinin filmi Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşmüş ilk Kosovalı rejissor olur[4].