Blidine Təbiət Parkı

Blidine Təbiət Parkı (serb. Парк природе Блидиње, xorv. Park prirode Blidinje) — Bosniya və Herseqovinada, Dinar Alplarının mərkəzində yerləşən və 30 aprel 1995-ci ildə qurulan təbiət parkı. Bosniya və Herseqovinanın Dinar Karst bölgəsində əhəmiyyətli bir mədəni və tarixi irsə sahib olan mühüm bir təbii, hidrogeoloji qoruğu təmsil edir. Park ərazisinə Dinar Alp dağları, Duqopolye yaylası, Blidine gölü, Qrabovise vadisi və s. daxildir[1].

Blidine Təbiət Parkı
xorv. Blidinje, serb. Блидиње
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 364 km²
Yaradılma tarixi 30 aprel 1995
İdarəetmə orqanı Blidinje Nature Park Public Enterprise
Yerləşməsi
43°37′12″ şm. e. 17°36′36″ ş. u.HGYO
Ölkə  Bosniya və Herseqovina
Yaxın şəhər Mostar
"Blidinje Nature Park". 2006-06-16 tarixində arxivləşdirilib.
Blidine Təbiət Parkı xəritədə
Blidine Təbiət Parkı
Blidine Təbiət Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çvrsnisanın əriyən buzlaqların təsiri ilə açıq və qısır bir vadisi meydana gəlir. Parkın bazası Çvrsnisa və Vran dağları arasında dəniz səviyyəsindən 1150 ilə 1300 m hündürlükdə yerləşən, uzunluğu 3 ilə 5 km olan bir platodur. Parkın ümumi sahəsi 364 km²-dir. Geomorfoloji baxımdan vahid olmaqla plato coğrafi və topoqrafik cəhətdən iki hissəyə bölünür: Blidine gölü yaxınlığındakı aşağı cənub hissə və Duqopolye yaxınlığındakı yuxarı şimal hissə. Ayrıca Bosniyanın dörd icması arasında bölünür: Posuşe, Tomislavqrad, Mostar və Yablanisa.

Şimalda Dolyanka çayı boyunca Duqopol düzənliyi var. Şimal-şimal-qərb tərəfdə Vran dağı (hündürlüyü 2074 m), cənub-cənub-şərq tərəfdə Çhrvnisa dağı (Ploçno zirvəsi 2228 m yüksəklikdədir). Cənub-şərq tərəfində Blidine gölünün arxasında, hündürlüyü 1786 m olan Çabuliya dağı mövcuddur. Çhvrsnisanın şərqində Neretva çayı və kanyonu boyunca uzanan Qrabovitskaya vadisi yerləşir.

Parkın ən vacib hidrogeoloji fenomeni alp gölüdür. Blidine Bosniya və Herseqovinada bənzərləri arasında ən böyüyüdür. Blidine gölü buzlaqların əriməsinin nəticəsidir, baxmayaraq ki, Pokleçani qəzasının sənədləri gölün süni olduğunu və 19-cu əsrin sonlarında qurulduğunu bildirir. Belə ki, yerli sakinlər və heyvandarlıqla məşğul olanlar suların sızmaması üçün göl dibini gillə örtmüşlər. Nəticədə su yer altına sıza bilməmiş və daimi göl əmələ gəlmişdir. Gölün səthi sahəsi 2,5-dən 6 km² arasında dəyişir. Orta dərinliyi 1,9 m-dir. Gölün özü dəniz səviyyəsindən 1184 m hündürlükdə yerləşir[1][2].

Fauna və flora

[redaktə | mənbəni redaktə et]
Bosniya şamı

Qayalıq yamaclarda Heldreyx şamı ve ya Bosniya şamının yetişdiyi sıx şam meşələri vardır. Erkən yaz və yay aylarında, dağ yamaclarında və vadidə üç çeşid yabanı kəklikotu ve çok sayda yabanı dərman bitkiləri yetişir.

  1. 1 2 "Nature Park Blidinje". 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.
  2. Radoš, Denis. A history of the occurrence of Blidinje lake (Bosnia and Herzegovina). (англ.) // Geoadria : journal. — Vol. 22(1). — P. 1—40.