Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində[1] yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib.
Blur Studio | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət[d] |
Sənaye | videooyun sənayesi[d] |
Təsis tarixi | 1995 |
Baş qərargahın yeri |
|
Rəhbərlik | |
Təsisçilər |
|
blur.com |
Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır.[2] 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı.[3]
Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir.[4]
2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər.
2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir.[5][6]
Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.[7]
"Blur Studio" "PlanetSide 2" oyunu üçün "Ölüm bəraət qazandırmır" adlı kinematoqraf treyler hazırlamışdılar.[8][9] Onlar həmçinin "Batman: Arkham City", "Batman: Arkham Origins" və "Batman: Arkham Knight" videooyunları üçün treylerlərin müəllifləri idilər. Bundan başqa, onlar "Halo: The Master Chief Collection" oyunu üçün "Halo 2" oyununun çarxlarını təzədən yaratmışdılar[10] və "Halo Wars" oyunun birinci və ikinci hissələri üçün çarxlar hazırlamışdılar.[11][12]
2016-cı ildə Miller və studiya "Sonic the Hedgehog" franşizası üstündə işləməyə yenidən başladılar və "Sony Pictures" tərəfindən istehsal olunan serialın ekranlaşdırılmasında işitak edirdilər, ta ki