Bobsley(ing.bobsleigh) — sükanı və əyləci olan metal kirşə ilə dağdan sürətlə sürüşmə.
Bobsley | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bobsley yarışları xüsusi düzəldilmiş navalça formalı, dolanbac qarlı dağ yolunda (1500-2000 m məsafədə, 5-8 virajdan ibarət buzlu yolda) keçirilir. Eniş vaxtı kirşənin sürəti saatda 100 km-ə çatır. Kirşələr 2 və 4 yerli olur. Bobsley idman növü kimi İsveçrədə yaranmış( XIX əsr) sonralar başqa ölkələrə yayılmışdır. 1924-cü ildən Olimpiya oyunları proqramına daxildir.
Beynəlxalq Bobsley və Toboqan Federasiyası (FİBT) 1923-cü ildə yaradılmışdır.