Boksit

Boksit (Al2O3 x nH3O) — Mineral.

Boksit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit — tərkibi 2%-ə qədər SiO2 saxlayır.

Alüminium hasil edilən əsas filizdir.

1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir. İri boksit yataqlarının xeyli hissəsi inkişaf edən ölkələrin Avstraliya, Macarıstan, Qvineya, Kamerun, Braziliya, Yamayka, Hindistan, Qayana, Surinam, Yunanıstan payına düşür. ABŞ –da nefelinli siyenitlərin laterit aşınması nəticəsində əmələ gəlmiş aşağı eosen yaşlı Arkanzas yatağını göstərmək olar. Platforma tipli boksit yataqları ümumi ehtiyatın 87, 6% ni geosinklinalların boksitləri isə 12, 4% ni təşkil edir. Boksit filizlərinin ehtiyatına görə Qviney dünyada birinci yerdə durur (8, 3 mlrd. t) Burada Boks, Fria, Kindiya, Tuke, Pite-Libe və Dibola kimi boksid rayonları böyük əhəmiyyət daşıyır. Afrikada iri boksit yataqları Qaiadır (400 mln. t) Avtraliyada ümumi boksit ehtiyatı 4, 4 mlrd. tondur. Amerikada Braziliyanın boksit ehtiyatı (2, 25 mlrd t) böyükdür. Avropada ən çox boksit ehtiyatına malik olan ölkə Yunanıstandır. Burada Parnas – Kiona yatağı xüsusən əhəmiyyətlidir. Fransanın boksit yataqları Aralıq dənizinin sahili boyunca zolaq şəklində 400 km uzanır.

Alüminium istehsalı üçün əsas mineral-xammal boksit filizidir ki, burada alüminium oksidinin miqdarı yüksək olur. Azərbaycan ərazisində (Naxçıvanda) bir neçə boksit təzahürünə rast gəlinsə də onun sənaye əhəmiyyətli yatağı aşkar edilməmişdir.