Bolivarian inqilabı

"Bolivarian inqilabı" (isp. Revolución bolivariana) — Venesuelada Uqo Çavesin 1998-ci ildə bu ölkənin prezidenti seçilməsindən sonra yaradılmış kütləvi ictimai-siyasi hərəkat. Bu hərəkat Simon Bolivarın siyasi proqramını həyata keçirmək səyi və sosializm ideologiyasına əsaslanır. "Bolivarian inqilabı"nın bəyan edilmiş məqsədi əsaslı iqtisadi-siyasi transformasiya və kapitalizmin "XXI əsr sosializmi" kimi tanınan sistemlə əvəzlənməsidir.[1]

Bolivarian inqilabı
Tarix 2 fevral 1999

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

Sosializmə əsaslanan bolivarian hərəkatı solçu hökumətləri olan, neokolonializmneoliberalizmə qarşı olan ölkələrə beynəlxalq dəstək siyasətinin rolunu, habelə ABŞ-nin Latın Amerikasının bu ölkədən iqtisadi asılılığını saxlamaq səylərini vurğulamışdır. Bu, bolivarianizmə müttəfiq olan ölkələrə (Ekvador, Nikaraqua, Boliviya, Kuba) geniş yardımda və ABŞ-yə düşmən olan ölkələrlə (İran, Belarusiya) ticarət müqavilələrinin bağlanmasında öz əksini tapmışdır. Uqo Çaves həm də ABŞ siyasətinin və Corc Buşun ən kəskin tənqidçilərindən biri idi. 2008-ci ilin sentyabrında Venesuela televiziyasında Venesuelada yeni çevriliş təşkil etmək cəhdi haqqında məlumat verən reportaj nümayiş etdirildikdən sonra[2] Çaves ABŞ səfirini ölkədən qovmuşdur.[3]

Uqo Çaves həmçinin FARK terror təşkilatına maliyyə dəstəyi verməkdə ittiham olunur, lakin Venesuela hökuməti bunu ardıcıl olaraq təkzib edir.[4]

  1. Hugo Chavez. "La Revolución Bolivariana y el Socialismo del siglo XXI" (ispan). 2009-07-18. 2009-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-18.
  2. "Coup Plot Against Chavez Disclosed on Venezuelan TV". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  3. "Chavez Orders U.S. Ambassador to Leave Venezuela Within 72 Hours". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  4. "Kolumbia: Chavez wspiera ludobójstwo".