Boliviya-Peru Konfederasiya Peru və Boliviya arasında 1836–1839 cu illərdə Cənubi Amerikada yaradılmış konfederasiya. Həmin vaxt Peru iki dövlətə Şimali və Cənubi Peruya bölünmüşdü. Bu dövlətin əsas fiquru Boliviya prezidenti Andres Santa Krus idi. Dövlətin paytaxtı Perunun şəhəri olan Takna idi.
Qismən tanınmış | |||||
Boliviya-Peru Konfederasiyası | |||||
---|---|---|---|---|---|
(isp. Confederación Perú-Bolivián) | |||||
|
|||||
|
|||||
Ən böyük şəhər |
Lima La Pas |
||||
Rəsmi dilləri | ispanca | ||||
Dövlət dini | Katolik | ||||
Ərazisi | 3 500 000 km² | ||||
İdarəetmə forması | Konfederativ Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Konfederasiyanın yaradılması fikri Peru dövlət başçılarının təşəbüsü olsa da , Boliviya liderləri bu fikri dəstəkləmirdilər. Peruda qeyri-sabitlik höküm sürürdü. Boliviyada isə Santa Krusun diktatorluğu altında daha da güclənmişdi. Bu vəziyyətdə Konfederasiyanın yaradılması Boliviyanın bu birlikdə dominantlığına gətirib cıxarırdı.
Məqsədinə catmaq üçün Santa Krus Peruda olan qeyri-sabitlikdən istifadə edərək orada bir necə üsyan təşkil edir. Ən əlverişli vaxt Peru prezidenti Luis Xose de Orberosonun ona müraciyyəti olur. Santa Krus Avqustin Qamarronu 13 avqust 1835-ci ildə məğlub edir. 4 fevralda isə Filipe Santyaqo Salaverri məğlub olur və öldürülür. Santa Krusun təsiri ilə Cənub və Şimali Peru dövlətlərinə bölünür. O Boliviyada olduğu kimi Peruda da öz diktator rejimini tətbiq etmək istəyir. 1 may 1837-ci ildə yeni konsitutsiya yaradılır. Santa Krus 10 il müddətinə ölkənin başçısı seçilir. Bir necə qanunlar toplusu yaradılır ('Mülki məcəlləsi, Cinayət məcəlləsi'). Verginin toplanma qaydasına dəyişiklik, dövlət xərclərinin azaldılması, cəmiyyət və dövlətin inşafına töhfələr verilməsi kimi addımlar atılır. Ancaq sadə əhali konfederasiyanı dəstəkləmirdi və milli ədavət güclənirdi.
Konfederasiya əlehdarları Çiliyə qaçmalı olurlar. Çili dövlətinin üsyançılara dəstəyi konfederasiyanın 1839-cu ilin 20 yanvarında Yunqay şəhərində məğlub olması ilə faktiki bu dövlət öz mövcudluğunu itirir. 25 avqust 1939-cu ildə dövlət ləğv edilir.