Boliviya inqilabı (1952)

Boliviya inqilabı — Boliviyada xalq demokratik inqilabı.

Boliviya inqilabı
Tarix 11 aprel 1952

Tarixi[redaktə | mənbəni redaktə et]

1952-ci il aprelin 9-da polis tərəfindən dəstəklənən Millətçi İnqilabi Hərəkat (MİH) partiyasının dövlət çevrilişi etməsi ilə başlamışdır. Həmin gün La-Pasda başlamış xalq üsyanında 3 günlük döyüşlərdən sonra ordu darmadağın edildi, onun funksiyalarını fəhlələrdən ibarət könüllü dəstələr öz üzərinə götürdü. Millətçi İnqilabi Hərəkatın lideri V.Pas Estensoro ölkənin prezidenti oldu. Aprelin 17-də X.Leçin Okendonun başçılığı ilə hakimiyyəti Millətçi İnqilabi Hərəkat ilə bölüşən Boliviya Fəhlə Mərkəzi yaradıldı (fəhlə həmkarlar ittifaqlarının nümayəndələrinə 4 nazir vəzifəsi verilmişdir).

1952-ci il iyulun 21-də ümumi seçki hüququ tətbiq olundu; oktyabrın 31-də mədən-filiz sənayesi milliləşdirildi; yeni yaradılan mədən-filiz dövlət şirkətində veto hüququna malik fəhlə nəzarəti qoyuldu.

1952-ci ilin noyabrında başlamış ümumkəndli üsyanı mülkədar torpaq sahibliyinin ləğvi və torpaqların kəndlilər arasında bölüşdürülməsi ilə nəticələndi; bunu 2 avqust 1953-cü il aqrar islahatı qanuniləşdirdi. 1953-cü ilin yanvarında əks-inqilabi çevriliş cəhdi fəhlə və kəndlilərdən ibarət könüllü dəstələr tərəfindən yatırıldı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013. səh.251.

İstinadlar[redaktə | mənbəni redaktə et]