Bolonya sistemi

Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət.

Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin]

Yaranması və genişlənməsi

[redaktə | mənbəni redaktə et]

Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.

Bolonya sisteminin əsas məqsədləri 2010-cu il üçün bu məqsədlərə nail olmaq gözlənilir: Avropa ali təhsil məkanının vətəndaşların işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirilməsində əsas istiqamətverici sistem kimi qurulması; Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi; dünyada Avropa ali məktəbinin nüfuzunun yüksəlməsi; Digər təhsil sistemləri ilə tələbə, pul, nüfuz mübarizəsində rəqabəti təmin etmək; Milli ali təhsil sistemləri ilə uyğunlaşmaya və müqayisə olunmağa nail olmaq; təhsilin keyfiyyətinin yüksəlməsi; Avropa mədəni dəyərlərinin inkişafında universitetlərin mərkəzi rolunun artması. Bu dəyərlərə görə, universitetlər Avropa düşüncəsinin (və ya şüurunun) daşıyıcısı hesab olunur.

Bolonya bəyannaməsinin əsas müddəaları

[redaktə | mənbəni redaktə et]
  • Məqsəd – Avropa ali təhsil məkanı yaratmaq, eləcə də o sistemi dünya miqyasında fəallaşdırmaq.

Bəyannamə altı əsas müddəadan ibarətdir:

Müqayisə olunan dərəcədə qəbul edilmiş sistemlər, o cümlədən, diplomda işlə təmin olunma və Avropa ali təhsilinin beynəlxalq rəqabətdə güclü olması.

İki pilləli təhsilə giriş: dərəcəyə qədər və dərəcədən sonra.

  • Birinci pillə 3 ildən az çəkmir.
  • İkinci pillə magistr və ya doktor dərəcəsi almağa doğru aparır. Avropa sisteminin tətbiq edilməsi tələbənin həyat fəaliyyətinin sürətli inkişafına dəstək üçün zəhmətsevərlik vahidinin hesablanması üçündür ( kredit sistemi). "Ömür boyu təhsil almaq" konsepsiyası çərçivəsində işləməyi bacaran və sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul etmək təklif olunur. Bu iştirakçıların fəallığını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir (əvvəlki iki maddənin yerinə yetirilməsi əsasında). Avropa regionunda müəllim və digər personalın fəal olmasını təmin etmək. Transmilli təhsil standartlarını yaratmaq. Uyğun kriteriyaların və metodologiyaların işlənilməsi məqsədilə keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına kömək etmək. Avropa ali təhsilinə, əsasən də dərs planlarının inkişaf etdirilməsi sahəsinə, institutlararası əməkdaşlığın, ümumi təhsil proqramının və sürətlilik sxeminin, təcrübi hazırlığın və elmi tədqiqatların aparılmasına ciddi nəzarəti təmin etmək.

Bolonya sisteminə qoşulma

[redaktə | mənbəni redaktə et]

Ölkələr Bolonya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Bu zaman həmin ölkələr bəzi öhdəlikləri üzərilərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti var: 2005-ci ildən Bolonya sisteminin iştirakçısı olan bütün ölkələrin məzunlarına havayı bakalavr və magistr diplomlarına olan yeganə əlavəni vermək.

2010-cu ilə qədər milli təhsil sistemlərini Bolonya bəyannaməsinin əsas müddəalarına uyğun olaraq dəyişdirmək. "Avropa ali təhsil məkanı" Bolonya sisteminin və bəyannaməsinin iştirakçıları bu ölkələrdir: Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Vatikan, Macarıstan, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya.

Bolonya sistemi haqqında fikirlər

[redaktə | mənbəni redaktə et]

Neue Zurcher Zeitung alman qəzetinin yazdığına görə, (aprel 2007-ci il), yeni sistemə birinci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini gizlətmirlər. Təhsilin standartlaşdırılmasının və ECTS bal sisteminə girişin daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]