Bolqarıstan avtomobil yolları — yüksək sürətlə hərəkət edən iki tərəfli bir yol növüdür. 2012-ci ildən bəri avtomobil yolları Avtomagistrallar və yüksək sürətli yollar olmaqla iki yerə ayrılmışdır. Fərqlər magistral yollarda sürət həddi 140 km/saat, sürətli yollarda 120 km/saat olmasıdır[1]. Bununla belə yalnız magistral yollarda yol kənarları vardır.
Ümumiyyətlə Bolqarıstanda pullu yollar yoxdur. Bütün yollarda (bələdiyyə istisna olmaqla) yalnız vinyet vergisi tutulur. Rüsum Yeni Avropa körpüsündən və Bolqarıstan-Rumıniya sərhəddindəki Dunay körpüsündən keçən sürücülər üçün tutulur. Bununla belə Bolqarıstan hökuməti pullu yollar yaratmağı planlaşdırır[2]. 2016-cı ilin aprel ayında yol agentliyi 3,5 tondan böyük olan avtomobillər üçün elektron ödəmə sisteminin yaradılması üçün müsabiqə elan etmişdir[3].
Avtomagistral yollarının inşası üçün ilk planlar 1973-cü ildə ortaya atılır. Bolqarıstan Xalq Respublikası hökuməti üç magistralın (Frakya, Hemus və Çerno more) halqanın inşasına icazə verir[4]. 1990-cı ilə qədər 273 km avtomagistral yol salınmışdır. 2007-ci ilə qədər (AB üzvlüyündən sonra) dövlət maliyyəsi hesabına avtomagistralların uzunluğu 420 km-ə qədər genişlənmişdir[5]. AB vəsaitlərinin istifadəsi Bolqarıstana yol inşanını sürətləndirməyə imkan verdi: 11 oktyabr 2019-cu ilədək 812,3 km yol çəkildi, daha 98,1 km inşa edildi.
2011-ci ildə Sofiyanı Pernik və Struma avtomobil yolu ilə birləşdirən 19 km-lik Lyulin avtomobil yolu açıldı. 15 iyul 2013-cü ildə Sofiyanı Burqas və Qara dəniz sahilləri ilə birləşdirən, 40 ildir davam etdirilən 360 km-lik Trakya avtomobil yolu istifadəyə verildi. 29 oktyabr 2015-ci ildə Maritsa avtomobil yolunun Çırpanda Trakya ilə əlaqəli və Türkiyə sərhədindəki Kapitan Andreevo keçid məntəqəsinə aparan son hissəsi açıldı[6]. 2015-ci ildən Sofiya Şimal Keçidi fəaliyyətə başlayır.
2012-ci ildə Bolqarıstan hökuməti Qətərlə Türkiyə-Yunanıstan sərhəddindəki Svilenqraddan Rumıniya sərhəddində yerləşən Ruseyə qədər yolun tikintisi ilə bağlı danışıqlara başladı. Yol IX Pan-Avropa dəhlizinə daxil olmalıdır. Bununla bağlı 2012-ci ilin oktyabr ayında bir müsabiqə elan edilmişdir[7].
Struma avtomagistralı Yunanıstan sərhədi ilə Kulataya gedir və A25 avtomobil yoluna birləşir. Marşrut IV Pan-Avropa Dəhlizinin bir hissəsidir. Maritsa avtomobil yolunun başqa bir qovşağı gələcək A21 avtomobil yoluna qoşulmaq üçün Svilenqrad yaxınlığında inşa edildi.
Hemus şossesindən gələn Botevqrad - Vidin, Veliko Tırnovo - Ruse və Şumen - Ruse avtomobil yolları Rumıniyaya birləşəcəkdir. Botevqrad - Vidin yolu digərlərindən əvvəl inşa ediləcəkdir. Rumıniyanın Baş naziri Viktor Ponta Yeni Avropa Körpüsünün açılışından sonra Rumıniyanın Krayova və Kalafat şəhərləri arasında başqa bir yolun çəkiləcəyini bildirmişdir[8]. Gələcəkdə Qara dəniz avtomagistralı mobil yolu Konstanta aparan A4 avtomobil yolu ilə birləşməlidir.
Maritsa avtmagistralı Kapitan Andreevo keçid məntəqəsində İstanbula aparan O-3 yoluna bağlanır.
Kalotina avtomobil yolunun Sofiyadan Kalatinaya aparan 31.5 km hissəsi Serbiyanın A4 yolu ilə Nisə bağlanacaq. Marşrut X Pan-Avropa Dəhlizinə daxildir.
Struma avtomobil yolundan çıxan Dupnitsa-Kyustendil yolu gələcəkdə Şimali Makedoniya Respublikasının yollarına bağlanmalıdır.