Bombey tətili

Bombey tətili(1908) — Hind proletiriatının ilk böyük siyasi çıxışı.

Səbəbi İngiltərə müstəmləkə orqanlarının iyulun 22-də hind milli inqilabi demokratik hərəkatının rəhbəri Tilakı 6 il katorqa cəzasına məhkum etməsi idi. İyulun 23-də Bombey fəhlələri ümumi siyasi tətilə başladı, şəhər əhalisi isə iyulun 29-dək hartal elan etdi. 100 min nəfərin iştirak etdiyi Bombey tətili Tilaka verilən cəzanın hər ilinə bir gün hesabı ilə, 6 gün çəkdi. Bombey tətili 1905–1908-ci illər hind milli azadlıq hərəkatında çox mühüm mərhələ oldu.