Boqovin gölü (mak. Боговинско Езеро) — Rudako-Planina dağlarında yerləşən göl. Gölün yerləşdiyi ərazi öz növbəsində Şar-Planina dağ massivində qərarlaşır. Buzlaq mənşəlli göldür. Buzlaqların çəkilməsi nəticəsində formalaşmışdır. Makedoniyanın şimal-qərbində Boqovine rayonu Nivi-Selo kəndi ərazisində yerləşir. Yüksək dağ gölüdür. Bu səbəbdən ətrafında əsasən alp çəmənlikləri yayılmışdır.
Boqovin gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1936 m |
Eni | 210 km |
Uzunluğu | 245 km |
Sahil uzunluğu | 1,2 km |
Sahəsi | 0,06688 km² |
Dərin yeri | 2,2 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
41°57′02″ şm. e. 20°47′32″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl uzunsov formaya malikdir. Borislaves və Malaya Smreka dağları arasında yerləşir. Boqovin dəniz səviyyəsindən 1936 metr yüksəklikdə yerləşir. Əsasən yağıntı suları ilə qidalanır. Gölə çoxlu sayda daimi olmayan kiçik axarlar axır. Gölün uzunluğu 245 m, eni isə 210 metrdir. Maksimal dərinliyi 2,2 metrdir. Onun hövzəsi 66 880 m² təşkil edir. Bu göl bütün Şar-Planina dağlarında yerləşən ən iri göldür[1]. Gölün qərb sahilləri əsasən sız qamışlıqla örtülüdür. Gölə çoxlu sayda kiçik axarın tökülməsinə baxmayaraq onda yalnız bir çay başlayır. Boqovinskaya çayı Radiovse kəndi yaxınlığında Vardar çayına tökülür. Axarlılq gölün şirinsulu olmasını təmin edir[2]. Gölün suyu hətta kənd təsərrüfatında belə istifadə edilir. Bundan əsasən Rakoves kəndinin sakinləri istifadə edir. Gölün yerləşdiyi ərazi kristalik şist, dolomit və əhəng dağı suxurlarından təşkil olunmuşdur. Gölün sahil xəttinin uzunluğu 1.2 kilometrə bərabərdir. Burada qoyunların tez-tez çimizdirilməsi səbəbindən gölün suları bulanıq olur, amma çox sayda qolu sayəsində su təmizlənir. Göl geniş bir forması olan qayalı bir hovuzda yerləşir və digər bütün göllərdən fərqlənir. Gölün qərb hissəsində eni 170 m genişlikdən şərq hissəsində 10 m-ə qədər azalır.