Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bor mikrogübrəsi Bor təbiətdə geniş yayılmışdır. Demək olar ki, bora hər yerdə rast gəlmək olar. Bor bütün torpaqlarda, süxurlarda , suda, çayda, göllərdə , dəniz bitkilərinin tərkibində və heyvan orqanizmində olur. Borun müxtəlif birləşmələrinin (əsasən bor turşusu və boraks) toxumun cücərməsinə və müxtəlif bitkilərin böyüməsi və inkişafına təsirini öyrənmişlər. Uzun müddət tədqiqatçılar borun bitkiyə yalnız zərərli olduğunu təsdiq etmişdir. Bunun səbəbi o idi ki, təcrübələrdə bitkiyə normadan artıq bor birləşmələri verilirdi. Məsələn , 1 faizli bor turşusu , belə doza bitki üçün zərərlidir. Sonra bor birləşmələrinin duru məhlulunu işlətdikdə müəyyən edilmişdir ki, bor bitkinin böyüməsinə müsbət təsir göstərir. Hazırda məlumdur ki, 100-dən çox kənd təsərrüfatı bitkisi – çuğundur, günəbaxan, tütün , pambıq və s.borsuz inkişaf edə bilmir. Hər bir bitkinin orqanizmində bor mütləq vardır. Lakin borun miqdarı bütün bitkilərdə eyni deyil və 1kq quru qalıqda 2–3 mq-dan 100 mq-a qədər dəyişir.
Ayrı-ayrı bitkiərdə bor çatışmazlığı müxtəlif şəkildə meydana çıxır ki, bunun ümumi xarakterik əlamətləri vardır. Məs: bor çatışmazlığı zamanı bütün bitkilərdə əvvəlcə kökün və gövdənin böyüməsi dayanır. Sonra yuxarıdakı böyümə tumurcuqlarının saralması başlayır, bor aclığı şiddətləndikdə isə tündləşib məhv olurlar. Borun çatışmaması çiçəklərin və toxumların əmələ gəlməsinə və inkişafına təsir göstərir. Kəskin bor aclığında xəstə bitki ya təmamilə çiçək vermir, ya da az verir. Bakteryoz xəsətliyinin kətanda əmələ gəlməsinin başlıca səbəbi bor aclığıdır.
Bor maqnezium gübrələri suda həll olan kövrək toz halında boz rəngli maddədir. Tərkibində 5–7 faizə qədər bor turşusu , 70–80 faizə qədər maqnezium sulfat vardır. Digər bor gübrəsi çökdürülmüş maqnezium boratdan ibarətdir. Onun tərkibində 1,6 % bor, 9% bor urşusu, 19 % maqnezium vardır. Bu gübrə bor maqnezium gübrəsindən onunla f ərqələnir ki, bunun tərkibində bor suda həll olmayan, lakin bitki mənimsəyən formadadır. Çökdürülmüş maqnezium boratları: bor turşusunun miqdarı-9, başqa tərkib hissələr maqnezium 32%; Borlu superfosfat: bor turşusunun miqdarı-1–2, başqa tərkib hissələr fosfor 16–17%; İkili borlu superfosfat: bor turşusunun miqdarı-6, başqa tərkib hissələr fosfor 36%; Borlu nitrofosu: bor turşusunun miqdarı- 0,5–1, başqa tərkib hissələr azot, fosfor, kalium; Texniki bor turşusu: bor turşusunun miqdarı- 100 Son vaxtlar həm də bor gübrələrinin başqa formaları öyrənilmişdir. O cümlədən termoboratlar, bunlar xam və bor birləşmələrinin termiki işlənməsindən alınır və onlarda bor mənimsənilən formada olur. Bor gübrələr kimi , buraks və borun başqa həll olan birləşmələri, bəzi borlu süxurlar məs. hidroborasit və qismən də aşarit istifadə olunur. Bor torpağa ən çox ağac külü ilə, peyinlə və torfla, nisbətən az miqdarda xam kalium duzları ilə və superfosfatla keçir. Ammonium nitrat və kalium xloridlə bor torpağa keçmir. Deməli torpağa kül , peyin və torf verdikdə , bitkiyə xüsusi bor gübrəsi verilməsinə ehtiyac azalır.