Boraltan faciəsi

Boraltan hadisəsi və ya Boraltan faciəsi — 1944-cü ildə 100-dən çox azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən güllələnməsi ilə nəticələnən hadisə.

Arxiv Sənədlər

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə Ədalət Naziri Rüknəddin Nasuhioğluna TBBM-də deputatlardan Şevket Mocanın "Müxtəlif tarixlərdə ölkəmizə siyasi sığınacaq hüququna əsaslanaraq gəlmiş (156) qaçqının 1947-ci ildə dövlətlərarası hüquq qaydalarına zidd olaraq Sovet İttifaqına verildiyi düzdürmü?"[1] şəklindəki sualına cavab olaraq bildirmişdir.

Sualın davamında Şevket Mocan əlavə etmişdir: "Faciə qurbanlarının göndəriş forması da qurban göndərilən məbudların qaydlarına uyğun olmağına və aqibətlərini görməyi səbəbindən, təhvil-təslim prosesində vəzifəli olan, ehtiyyatda olan zabit, Poçt Müfəttişi Rəşadın əsəb pozğunluğu yaşadığı və psixi dispanserlərdən birində hələ də müalicə aldığı düzdürmü?" [1]

Nazir cavabında, Daxili İşlər, Xarici işlər və Müdafiə Nazirliklərindən əldə edilən rəsmi mənbələrə əsasən, "23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya qarşı Türkiyənin müharibə elan etməyinə görə müttəfiqlərimizdən birinə çevrilən Sovet İttifaqının 22 may 1945-ci il tarixli müraciətinə görə Almaniya və ya Yaponiyaya müharibə elan etdiyimi tarixdən etibarən Türkiyəyə sığınmış bütün Sovet hərbçilərinin qarşılıqlı olaraq geri verilməyini təklif etmişdir.[2] Nazirlər kabinetinin 1945 may 3/2563 tarixli qərarı ilə yalnız hərbçilərin qarşılıqlı olmaq təhvil verilməyinə razılıq vermişdir. Bu əsasla, 6 avqust 1945-ci ildə Türkiyədəki 237 sovet hərbçisinin 195-i Tıhmıs sərhəd keçid məntəqəsindən Sovet İttifaqına təhvil verilmişdir. Lakin, Sovet Rusiyasının, oraya sığınmış 1 zabit və iki əsgərimizin "izləri tapılmamışdır" deyilərək təhvil verilmədiyindən, ilk təhvil zamanı qaçan və digər hərbçilərin təhvilin vaz keçilmişdir. Bundan sonra Nazirlər Kabineti 1 sentyabr 1947-ci ildə qərara almışdır ki, Yozgatdakı düşərgə ləğv edilsin və düşərgədəki Türk əsilli insanlara istədikləri təqdirdə Türkiyə vətəndaşlığı verilərək azad edilsin. Ənvər Anar (Ənvər Qazıyev) və Kadri Başaran (Adəm Qardaşbəyli) adlı iki şəxsin ilk göndərişdəki 195 nəfərin arasında olduğu müəyyən edilmişdir.[2]

Bu cavab qarşısında Şevket Mocan təkrar çıxış edərək "Ənvər və Adəm adlı iki azəri zabitin əvvəllər Qızıl Orduda xidmət etdiklərini, lakin əsillərini unutmadıqlarını və sovet əqidəsini qəbul etməyərək Almaniyaya qaçmış, uzun müddət oarada yaşamış, lakin daha sonra Türkiyəyə sığınmışlar. Onlar Konya millət vəkili Ziyad Ebüzziyanın qayınlarıdır. Onların "Ankaraya aparırıq" adıyla sərhəd keçid məntəqəsinə aparılıblar. Biz İsveç kralını təhvil verməmək üçün müharibə etmiş millətik. İbni Suud belə qaçqınları geri təhvil vermədi, lakin bir dövrün bizdəki rəhbərləri tariximizə belə bir ləkəni yazdılar"[1] demişdir.
Hadisəyə qiymət verilməsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 https://www.tbmm.gov.tr/tutanaklar/TUTANAK/TBMM/d09/c009/tbmm09009101.pdf Arxivləşdirilib 2020-11-04 at the Wayback Machine səh.203
  2. 1 2 "Arxivlənmiş surət" (PDF). 2020-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-03-11.