Boris Bolinski (ukr. Балінський Борис Іванович, {{DVTY}} şablonu boşdur) — Ukraynalı və Cənubi Afrikalı zooloq, entomoloq, dünyanın ən böyük embrioloqlarından biri, Afrika qitəsində elektron mikroskopiyanın banisi.
Boris Bolinski |
---|
Boris Balinski 1905-ci il sentyabrın 10-da Kiyevdə anadan olmuşdur. O, tarix müəllimi İvan Balinski və biologiya müəlliməsi Yelizaveta Radzimovskayanın böyük oğlu idi. Boris Balinski yaxşı tərbiyə almış, poeziya, tarix və musiqi ilə maraqlanırdı. Boris tennis dərsləri alır, fortepianoda ifa edir, Vaqnerin operalarına heyran qalırdı. O, uşaqlıqdan Ukrayna xalq mahnılarını ilə maraqlanırdı. Tətillərini Kiyevdən 80 kilometr aralıda yerləşən Severintsi kəndində keçirirdi. Bunrada onun keçiş olan babas yaşayırdı (Sovet hakimiyyəti qurulandan sonra güllələnib). Babası nəvəsinə Akasovun kəpənəklərin kolleksiyalaşdırılması kitabını verir, bu da müəyyən dərəcədə Boris Balinskinin peşə seçiminə təsir edir.
Balinski 1923-cü ildə zoologiya üzrə təhsil aldığı Mixail Petroviç Draxomanov adına Ali Xalq Maarif İnstitutuna (1926-cı ildən - Kiyev Xalq Maarif İnstitutu) daxil olur.
1925-ci ildə ilk elmi məqaləsini nəşr etdirir və artıq 1932-ci ildə Ukrayna dilində "Yumurtada embrionun inkişafı haqqında" monoqrafiyası nəşr olunur. Növbəti ildə Boris Balinski universitetdə embriologiya professoru və eyni zamanda Ukrayna Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktor müavini olur. Həmin vaxt institutun direktoru onun müəllimi, professor İvan İvanoviç Şmalqauzen idi.
1928-ci ildə gənc alim Yekaterina Sinqaevskaya ilə ailə qurur. 1934-cü ildə Balinskilər ailəsində babasının şərəfinə İvan adını verdiyi bir oğul dünyaya gəlir.
1936-cı ildə Boris Balinskinin həyat yoldaşı "antisovet fəaliyyətinə" görə həbs edilir. Gənc alim tutduğu vəzifədən məhrum edilir və işdən azad edilir. Kiyev Tibb İnstitutunda işə düzələ bilir. Burada Boris Bolinski elmi təcrübələrini davam etdirə bilir. Lakin İkinci Dünya müharibəsinin başlaması ilə tibb institutu Xarkova köçürülür. Həyat yoldaşı (1939-cu ilin martında düşərgədən azad edilmiş) və Boris Balinski ilə birlikdə oraya köçür. Kiyev Tibb İnstitutu alman qoşunlarının irəliləməsi ilə əlaqədar daha sonra Çelyabinskə təxliyə edilir. Boris İvanoviç Balinski alman qoşunları tərəfindən işğal olunmuş Xarkovda qalır. Burda zoologiya professoru vəzifəsini alır. 1943-cü ildə həyat yoldaşı peritonitdən vəfat edir.
Boris Balinski anası və doqquz yaşlı oğlu geri çəkilən alman qoşunları ilə birlikdə Sovet İttifaqını tərk edir. Boris Balinski əvvəlcə Poznana (Alman işğalı altında olan Polşa ərazisi) köçür. Burada alim Balıqçılıq İnstitutunda işə düzəlir. Müharibənin sonuna qədər daha bir neçə dəfə yaşayış yerimi dəyişməli olur: Berlin, Tübingen, Heydelberq. Nəhayət Balinski ailəsi Münhendə köçür, burada alim Birləşmiş Millətlər Təşkilatı tərəfindən qurulmuş müvəqqəti universitetdə histologiya professoru vəzifəsini alır. Burada sonradan həyat yoldaşı olacaq Elizabet Stengellə tanış olur (1947).
Müvəqqəti universitet bağlandıqdan sonra Boris Bolinski ailəsi ilə birlikdə Böyük Britaniyaya köçür. Boris İvanoviç Balinski Edinburq Universitetinin Heyvan Genetikası İnstitutunda işə götürülür. 1949-cu ildə Helen adlı qızı dünyaya gəlir. Həmin il Boris Balinskiyə Cənubi Afrika Respublikasında Yohannesburq Universitetinin Zoologiya kafedrasında müəllim vəzifəsi təklif olunur. Artıq beş il sonra Boris Balinski zoologiya kafedrasına rəhbərlik edir.
1956-cı ildə ABŞ-a, Yel Universitetinə elmi ezamiyyətə getmiş, burada biologiya sahəsində dünya şöhrətli alimlər, Nyu-Yorkda Rokfeller İnstitutunun əməkdaşları doktorlar Palade və Porter ilə görüşmüşdür. 1954-ci ildən 1973-cü ilə qədər Boris İvanoviç Balinski ölkənin ən böyük universiteti olan Vitvatersrand Universitetində zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1965-ci ildən 1967-ci ilə qədər biologiya fakültəsinin dekanı olmuşdur.
Boris Balinski 1987-ci ilə qədər Yohannesburq Universitetinin Zoologiya kafedrasına rəhbərlik edib. On bir il Cənubi Afrika Elektron Mikroskopiya Cəmiyyətinə rəhbərlik edir. 1966-cı ildə Boris Balinski Cənubi Afrika Entomoloqları Cəmiyyətinin prezidenti seçilir. O, Yohannesburqda (ROCOR) Müqəddəs Şahzadə Vladimirin adını daşıyan Rus Pravoslav kilsəsinin ağsaqqalı vəzifəsini tutub. Boris İvanoviç Balinski Yohannesburqdakı rus kilsəsində ibadət zamanı da oxucu kimi xidmət edirdi. Elmlə yanaşı, fortepiano çalmaq, rəssamlıq, bağçılıq və astronomiya ilə də maraqlanırdı. Halley kometini iki dəfə müşahidə etmək şansı olan nadir insanlardan biri idi.
Boris İvanoviçin oğlu, Vitvatersrand Universitetinin məzunu İvan Borisoviç Balinski (1934-1986) atasının işini davam etdirir. 1970-ci illərin ortalarından Ayova Dövlət Universitetində Zoologiya kafedrasına rəhbərlik edir.
Boris İvanoviç Balinski 1 sentyabr 1997-ci ildə, 92 yaşına 9 gün qalmış vəfat edir.
Boris İvanoviç Balinski embriologiya sahəsində apardığı elmi tədqiqatlarda ilklərdən biri olaraq intensiv şəkildə elektron mikroskopik üsullardan istifadə etmişdir. O, Afrikada bioloji obyektlərin elektron mikroskopiyasını ilk tətbiq edənlərdən biri olub. Onun tərəfindən 130-dan çox elmi məqalə yazılıb, onlardan 22-si Ukrayna dilindədir. Eksperimental embriologiya və entomologiyaya dair bir neçə monoqrafiya yazmışdır. Onun amfibiyaların inkişafı ilə bağlı elmi işi 1984-cü ildə dünya elminin bu sahəsində ən çox istinad edilən işi kimi qeyd edilmişdir. Boris Balinskinin 1960-cı ildə çapdan çıxmış “Embriologiyaya giriş” dərsliyi ümumdünya rəğbətini qazanır. Daha sonra Boris İvanoviç Balinskinin bu əsəri yeddi dəfə ingilis, iki dəfə yapon və italyan, bir dəfə ispan dillərində nəşr olunur. Bu embriologiya üzrə ən məşhur və ən geniş yayılmış dərsliklərdən biridir. Embriogenezin əsas mexanizmlərinin aydınlaşdırılmasında molekulyar biologiyanın mühüm rolunu qabaqcadan görən Boris Balinski olmuşdur.
Alimin entomoloji irsi də az əhəmiyyətli deyil, onlarla həşərat növlərini, əsasən də daşböcəyi, lepidoptera və cırcıramaları kəşf və təsvir etmişdir. Hələ Böyük Britaniyada olduğu müdddətcə, Qafqazdan gələn yeni baharçılar növlərini təsvir edən məqalə yazmışdır. Cənubi Afrikada işləyərkən baharçılar üzərində araşdırmalarını davam etdirir və daha bir neçə növü kəşf edir. Oradaca iynəcələrlə maraqlanır. Onun 25 il ərzində şəxsi kolleksiyası 160 növdən ibarət 4000-dən çox nümunə təşkil etmişdir. O, kolleksiyasını 1984-cü ildə Transvaal muzeyinə bağışlayır. Balinski Cənubi Afrikada 11 yeni cırcırama növünü təsvir etmişdir. Ömrünün son illərində Pyralidae fəsiləsinə aid 100-ə yaxın yeni kəpənək növü təsvir edir.