Boris Gelfand

Boris Abramoviç Gelfand (24 iyun 1968) — SSRİİsrail şahmatçısı, qrosmeyster. 6 dəfə dünya çempionluğuna namizəd (1991, 1994-1995, 2002, 2007, 2011, 2013), 2009-cu ildə "Şahmat Dünya Kuboku"nun və 2011-ci ildə Dünya Şahmat Namizədlər Turnirinin qalibi olub. Bunlar onu 2012-də Dünya Çempionluğuna iddiaçı edir. Vişvanatan Anandla oyunlar 6-6 nəticələnir. Qelfand həlledici sürətli (rapid) taybreakdə 3-1 uduzur. Qelfand 11-ci Şahmat Olimpiadasında iştirak edib və 1990 yanvarından bu yana FİDE-nin reytinq siyahısında top 25 oyunçu arasındadır .

Boris Gelfand
rus. Boris Gelfand
Boris 2012-ci ildə
Boris 2012-ci ildə
Ölkə SSRİ SSRİ
İsrail İsrail
Doğum tarixi (56 yaş)
Doğum yeri Minsk, Belorusiya SSR
Titulu qrosmeyster
Son reytinqi
  • 2.658 (aprel 2024)[1]
Maksimal reytinqi 2777 (Noyabr 2013)
FİDE nömrəsi 2805677
Mükafatları "Dostluq" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Gelfand 24 iyub 1968-ci ildə Minskdə, Belarusiya SSR-də anadan olub. Valideynləri- Abram və Nella mühəndis olublar. Atası 5 yaşı olanda ona Averbakh və Beilin-nin Şahmat krallığına səyahət (Journey to the Chess Kingdom) kitabını aldı.

Onun ilk məşqiçisi 1974-dən 1979-a kimi Eduard Zelkind olub. Ondan sonra o iki il Tamara Golovey yanında və 12 yaşında IM (international master) Albert Kapengut yanında hazırlaşıb. 1980-83-cü illərdə Tiqran Petrosyan məktəbində iştirak edib.

Erkən uğurlarına Sokolski Xatirə turnirinində qalib olması və ardıcıl olaraq Belarusiya Şahmat Çempionluğu (1984-1985) daxildir. 1985-ci ildə SSRİ Gənclər Çempionatının qalibi oldu və 11 oyundan 9 xal topladı. 1986-cı ildə Minsk Beynəlxalqda ikinci yerə çıxdı birinci yerə isə Yuri Balaşov.

  1. FİDE FIDE Standard Ratings as of 30 april 2024. 2024.