Boris Yefimiçev (rus. Ефимичев Борис Васильевич) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Boris Yefimiçev | |
---|---|
rus. Ефимичев Борис Васильевич | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | rus |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Boris Yefimiçev Vasilyeviç 1945-ci ilin 15 yanvar tarixində Bakı şəhərində anadan olub. Boris hər iki gözündən əlil olub. Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işləyirdi. Yanvarın 20-də axşam saat 22.00-da evdən çıxıb. Saat 23:00-da iki nəfər onu yaralı halda evə gətirib. Gətirənlər deyib ki, hərbçilər Haqverdiyev küçəsində onu əvvəl; süngü ilə, sonra avtomatla vurublar. Hadisə vaxtı təhlükə hiss edən Yefimiçev belə deyib:
Rebyata, ya slepoy, menya ne troqayte. |
Həkim arayışında isə belə yazılıb: Yefimiçev Boris Vasilyeviç yanvarın 21-də saat 01:30 dəqiqədə təcili yardım maşını ilə Eksperimental xəstəxanaya gətirilib. Xəstənin qarın nahiyəsində süngü yeri aşkar edilmiş, daxili orqanlar tamamilə zədələnmişdir. Xəstəxanaya gətirilən kimi cərrahiyyə əməliyyatı aparılmış, amma onun vəziyyəti yaxşılaşmamışdır. Yaralı yanvarın 21-də axşam saat 19:00-da vəfat etmişdir. Boris Azərbaycan dilində təmiz danışırdı, özünü köklü içərişəhərli hesab edirdi. Müsəlman qaydasilə məsciddə yuyulub dəfn edilmişdir. Özü belə vəsiyyət eləmişdi. Mərhum Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bu ünvanda yaşamışdır: Bakı, Nərimanov prospekti, 577-ci məhəllə, ev 89, mənzil 31.