Bosniya və Herseqovinanın gerbi

Bosniya və Herseqovinanın gerbi Bosniya və Herseqovinanın müstəqillik qazandığı 1992-ci ildən bəri istifadə edilən əvvəlki dizaynı əvəz edərək 1998-ci ildə qəbul edildi. Dövlət bayrağının dizaynını izləyir. Üç tərəfli qalxan, Bosniyanın üç əsas etnik qrupunu simvollaşdırmaq üçün istifadə olunur, həmçinin ölkənin formasına uyğundur.

Bosniya və Herseqovinanın gerbi
Detallar
Armiger Bosniya və Herseqovina
Təsis edilib 18 may 1998
Təsdiq edilib 18 May 1998
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi gerblər

[redaktə | mənbəni redaktə et]

Bosniyaya aid olan ən erkən gerblərdən biri 1340-cı ildə tamamlanan Foynika qalxanından gəlir. Sonrakı əsrlərdə Avropa mənbələri bu təsvirdən çox təsirlənən gerbləri Bosniyaya aid edirdilər.

1377-ci ildən 1463-cü ilə qədər indiki Bosniya-HerseqovinaDalmatiya bölgəsini idarə edən Bosniya Krallarının gerbləri, ağ maili zolaq ətrafında düzülmüş altı qızıl fleur de lys ilə mavi bir qalxandan ibarət idi. Gerbin zirvəsində fleur de lisdən bir tac içərisində yerləşdirilmiş bir tovuz quşu lələyi olaraq təsvir edilib. 1463-cü ilə qədər Osmanlılar Bosniyada kral gerblərindən istifadəni dayandırdılar. Kralların heraldik nümayişi sonradan respublikanın 1992-ci ildə qəbul etdiyi gerblər üçün əsas olacaqdır.

Herseqovina və Bosniya 1878-ci ildə Avstriya-Macarıstan İmperiyası tərəfindən işğal edildikdən sonra hər iki kondominium İmperiyadan gerb aldı. XIX əsrdə həm keçmiş Osmanlı hakimiyyətinə, həm də çağdaş Avstriya-Macarıstan işğalına qarşı yüksələn millətçi hərəkat, Foynika gerbindən istifadədə müvəqqəti canlanma ilə müşayiət olundu.[[Fayl:Coat_of_Arms_of_the_Socialist_Republic_of_Bosnia_and_Herzegovina.svg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Coat_of_Arms_of_the_Socialist_Republic_of_Bosnia_and_Herzegovina.svg%7Calt=%7Cthumb%7C156x156px%7C[[Yuqoslaviya[ölü keçid] Sosialist Federativ Respublikası|Yuqoslaviya]] dövründə Bosniya və Herseqovina Sosialist Respublikasının gerbi.]]

Komunist dövrü

[redaktə | mənbəni redaktə et]

Bosniya və Herseqovinanın sosialist respublikasının gerbi bayraq ilə birlikdə 31 dekabr 1946-cı ildə qəbul edildi. Gerbin təsviri digər Yuqoslaviya respublikalarının gerbina bənzəyirdi. Gerbin üzərində tüstü çıxan iki fabrik bacası olan bir məhəllənin sxemi qarşısında iki keçid buğda dəstəsi vardı. Dekorativ budaqlar və buğda ətrafında spiralşəkilli qırmızı lent təsvir olunmuşdu. Emblemin yuxarı hissəsində qızıl çərçivə olan qırmızı ulduz var. Qırmızı ulduz o dövrdə Yuqoslaviyanın sosializm və kommunizmini simvollaşdırır.

Bosniya və Herseqovina Sosialist Respublikasının milli gerbi Bosniya və Herseqovina Xalq Cümhuriyyətinin əvvəlki gerbi ilə eyni idi və Konstitusiyasında təsbit edilmişdi. Bu, Herseqovinanın və Bosniyanın hər iki bölgəsinin tarixində Bosniya və Herseqovinanın bütün müasir ölkələrinə xas olan ilk gerb idi.[1]

1992-ci[ölü keçid] ildən 1998-ci ilə qədər Bosniya və Herseqovinanın gerbi

Bosniya və Herseqovina Respublikasının gerbi 4 may 1992-ci ildə qəbul edildi və estetik cəhətdən Kotromaniç sülaləsinin gerbinə bənzəyir. Gerb ağ zolaq ilə bölünmüş mavi bir

fondan ibarət idi. Diaqonal ağ xəttin Tvrtko qılıncını və hökmdar kimi qüdrətini simvolizə etdiyi güman edilir. Gerb, tələsik, üç il davam edən Bosniya müharibəsinin əvvəlində hazırlanmışdı. 1998-ci ilin əvvəlində bayraq dəyişikliyi üçün bir komissiya yaradıldı və eyni il ölkənin müxtəlif etnik qrupları arasındakı gərginliyin azaldılmasına kömək etmək üçün hazırkı gerbi qəbul edildi.

Bosniya və Herseqovinanın hazırkı gerbi, tipik düz üst, oval tərəflər və əyilmiş ətək ilə üçbucağa bənzəyir. Gerb iki fon rənginə: tünd mavi və qızıl; malikdir. Hər iki rəng 1992 və 1998-ci illər arasında gerbdə görülür. Hazırkı gerbi Bosniya-Herseqovinyan tarixi ilə birbaşa əlaqəsi olmasa da, istifadə olunan rənglər keçmiş gerbdən olan rənglər idi. Üst sağ küncdə Bosniya və Herseqovinanın şəklini bildirən sarı üçbucaq meydana gəlir və göyləri, çayları və gölləri təsvir edən göy rəng bayrağın qalan hissələrini əhatə edir.

Keçmiş gerb hələ də Bosniya silahlı qüvvələrindəki bəzi birləşmələrin emblemində istifadə olunur.[2]

  1. Đorđević, Jovan. Ustavno pravo FNRJ, Izd. Arhiva za pravne i društvene nauke, Beograd, 1953., str. 427.
  2. "Arxivlənmiş surət". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.