Bostrikinlərin binası (Rostov-na-Donu)

Bostrikinlərin binasıRostov-na-Donu şəhəri ərazisində, Puşkinskaya küçəsi 106 ünvanında yerləşir. Binanın tikintisi 1914-cü ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir[1]. İlk əvvəllər binanın sahibləri İvan və Anna Bostrikinlər olmuşdur. Bina üç mərtəbədən ibarətdir. Fasadı modern stildə işlənilmişdir.

Bostrikinlərin binası
rus. Доходный дом Бострикиных
47°13′32″ şm. e. 39°43′05″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1914
Memarlıq quruluşu modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Rostov-na-Donu şəhəri, Puşkinskaya küçəsi 106 ünvanında yerləşən, İvan və Anna Bostrikinlərin gəlirli binası 1914-cü ildə mülki tikinti işləri üzrə mühəndis Semyon Vasileviçin Popilinin layihəsi əsasında inşa edilmişdir. Sovet hakimiyyəti illərində, XX əsrin 20-ci iklərində bina milliləşdirilmişdir. Burada kamunal mənzillər yerləşirdi. 1997-ci ildə binanın sahibi Rusiyanın Sberbankı olur. Bundan sonra bina sahibləri binadan köçürülmüşdür. Sakinlər köçürüldükdən sonra burada əsaslı təmir işləri aparılmış və restavrasiya gerçəkləşdirilmişdir. Burada hazırda bankın bir filialı yerləşir.

Arxitekturası[redaktə | mənbəni redaktə et]

Üç mərtəbədən ibarət olan Bostrikinlərin binası Puşkinskaya küçəsinin qırmızı xətində yerləşir. Gəlirli binanın simmetrik fasadı modern stilində işlənilmişdir[2]. İstisna olaraq klassizm və irrasional[3] stillərin elementlərinə belə rast gəlinir. Birinci mərtəbəsində pəncərələr yarım məhəccərlidir. İkinci və üçüncü mərtəbələrdə eyvanlar vardır. Fasadı suvaqla hazırlanmış dekorativ çıxıntılarla işlənmişdir. Dinanın fasad rəngi 1997-ci ildə yenilənmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". Официальный портал Правительства Ростовской области. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  2. "Ростовский модерн". Журнал Hi Home. 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
  3. "Модерн в архитектуре Ростова-на-Дону". mediaassa.ru. İstifadə tarixi: 2013-10-27.[ölü keçid]