Boyat FK

Boyat FK — və ya digər adı ilə Boyat Futbol Klubu. Bölgə çempionatlarında iştirak edən, həvəskar Neftçalanın Boyat kənd futbol klubudur. Klubun tarixi 1965-ci ildən başlayır.

Boyat FK
Loqonun şəkli
Klubun tam adı Boyat Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan Respublikası
Kodu BFK
Rəng(lər)         
Yaranma tarixi 1965 (58 il əvvəl) (1965)
Stadionu Boyat kənd stadionu
Kapitanı Nicat İbrahimov
Liqa İştirak Etmir
2022/2023 Yoxdur

Tarixi[redaktə | mənbəni redaktə et]

Klub 1965-ci ildə, Sovet Sosialist Respublikaları İttifaqı dövründə yaradılmışdır. İlk dönəmlərdə "1 May Adına Kalxoz Futbol Klubu" adı altında fəaliyyətə başlayıb klub. Daha sonralar adı dəyişdirilərək "Boyat Klubu", "Boyat Kənd Futbol Klubu" və sonuncu olaraq, günümüzdəki adını, "Boyat Futbol Klubu" adını alıb.

"Boyat" Klubunun keçmiş futbolçularının xatirə şəkli

Tarixən Azərbaycan futbolunda o qədər də üzə çıxmayıb "Boyat" futbol klubu. Adını Bayat tayfasından alan kəndi təmsil edir. "Boyat" klubu, Azərbaycan Futbol liqasında iştirak etməməsinə baxmayaraq, bölgə üzrə bir çox nailiyyətlər əldə etmişdir. Klub Neftçalada yaradılan ən son (2023) turnirdə 1-ci yeri tutmuşdur. Bundan əlavə, bir çox turnirdə də 1-cilik əldə etmişdir.

Boyat kəndi, futbola marağı ilə seçilir. Belə ki, tez-tez Ucar rayonu Boyat kəndi və digər kəndlər ilə dostluq, yoldaşlıq oyunları ilə daim futbola marağı aktiv tuturlar.

Tarixən Kapitan və Baş Məşqçiləri[redaktə | mənbəni redaktə et]

1987

  • Baş məşqçi: Vaqif Nəsirov
  • Kapitan: Vaqif Nəsirov

1990/1991

  • Baş məşqçi: Zakir Abbasov
  • Kapitan: Rahim İbrahimov

2003

  • Baş məşqçi: Ceyhun Hacıyev
  • Kapitan: Bilinmir

2022

  • Baş məşqçi: Ceyhun Hacıyev
  • Kapitan: Nicat İbrahimov

Loqonun Anlamı[redaktə | mənbəni redaktə et]

Hazırda Azərbaycanda 3 Boyat kəndi vardır. Bunlar, Ucar rayonu Boyat kəndi, Ağcabədi rayonu Boyat kəndi və Neftçala rayonu Boyat kəndi.

Neftçala adından məlum olduğu kimi, klubun emblemində də bu işarəyə yer verilmişdir.

Texniki Heyət[redaktə | mənbəni redaktə et]

Texniki Rəhbər, Texniki işlərlə məşğul olan — Murad Hidayətzadə

Uğurları[redaktə | mənbəni redaktə et]

Neftçala Çempionatı

Birincilik (7) — 1987,1990,1991, 1998, 2004, 2005, 2023
İkincilik (2) — 2003, 2022

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]