Boydak Holding

"Boydak Holding"Türkiyənin şirkətlər qrupu[1]. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır[1].

1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir[1].

Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir[1].

Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Tanınmış mebel şirkətlərinin rəhbəri həbs olundu Arxivləşdirilib 2016-07-31 at the Wayback Machine. publika.az, 29.07.2016  (az.)