Boyl-Mariott qanunu — termodinamikanın əsas qanunlarından olub, bir-birilərindən xəbərsiz ilk dəfə 1662-ci ildə Robert Boyl, 1676-cı ildə Edm Mariott tərəfindən kəşf edilmişdir. Boyl-Mariott qanununda deyilir:
"Sabit temperaturda verilmiş kütləli ideal qazın təzyiqinin həcminə hasili sabit qalır" |
Riyazi olaraq aşağıdakı düstur ilə ifadə olunur.
— qazın təzyiqi; — qazın həcm Eksperimentdə qanunu yoxlamaq üçün manometrdən istifadə edirlər. 2 m hündürlüklü şkalaya iki hərəkətli bir biri ilə rezin boru ilə əlaqələndirilmiş şüşə boru bərkidilir. Sol boru şüşə kranla bağlanır, sağ açıq qalır. Kran açıq olduqda hər iki borudakı civə eyni səviyyəli olur. Sol boru kranı bağlandıqda isə boruda bir qədər hava qalmış olur; manometrin sağ dizini havaya qaldırdıqda sol dizdə hava sıxılmış olur. Civə sütunlarının müxtəlif səviyyələri müvafiq atmasfer təzyiqlə qapalı havalı doruya təzyiq edir. Boyl-Mariott və Gey-Lüssaka qanunlarından
p1V1 / Т1 = p2V2 / Т2 – ideal qaz halının düsturu alınır. İdeal qaz — qaz qanununun tətbiqi mümkün olan doymuş qaz halına deyilir. Bu qanun əsasən ideal qazlara şamil edilir.
V1 = V2, onda p1 : p2 = Т1 : Т2