Boylu acılıq

Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır. İyun ayında çiçəkləyir, avqust ayında çeyvə verir. Meyvələri qırmızı, çəhrayı və ya sarı rəngdədir, kürəşəkillidir, yetişdikdə oval formalıdır, lətlidir. Toxumları qonur rəngli, uzunsov-ovalşəkilli, 4-5 mm uzunluqdadır. Quraqlığa və istiyə davamlı, torpağa çox tələbkar olmayan və işıqsevən koldur. Vegetativ orqanlarında alkaloid və efedrin vardır. Var.chrysocarpa C.A.M. – Var.erythrocarpa formasından da istifadə edilir. 1972-ci ildən Abşeronda, Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Asanlıqla çoxaldılır.

Boylu acılıq
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin