' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Boz şorangə | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Qafqaz.
Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır.
Azərbaycanın nadir bitkisidir.VU D2.
Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır.
Arealı geniş deyildir.
Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür. Vegetasiyanın sonunda təxminən çılpaq, uzunluğu 2-3 sm, eni 1–2 mm-dir. Çiçəkaltlığı yarpaqları daha qısadır və enli-yumurtavari olub, çiçəklərə bərabər boyda və ya onlardan bir az uzundur. Çiçəkyanlığının yarpaqlarının ucu biz, uzun tükcüklüdür. Meyvə qanadları örtüklü olub, qara-qırmızı və ya qara-alqırmızı, bəziləri daha enli və bəziləri ensizdir. Qanadlarla birlikdə çiçək yanlığının diametri 8–10 mm-dir. Dişicik ağzı iti, sütuncuğu bərabər və ya bir az onlan uzundur. Meyvələrdə qanadlar pərdə şəklində, qaramtıl-qırmızı və sarımtıl–tünd qırmızıdır. May ayında çiçəkləyir və oktyabr-noyabr aylarında meyvə verir.
Toxumla və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətinin təsiridir.
Məlumat yoxdur.
Qəbul edilmiş elə bir tədbir yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə olunur.