Boz gəvən

Boz gəvən (lat. Astragalus meyeri) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Boz gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

15-30 sm hündürlükdə, 15-25 sm diametrində çətir əmələ gətirən, yarpağını tökən xırda koldur. Budaqları 4 sm uzunluqda, 1 mm enində, darçını rəngdə, az və ya çox əyilmiş, xırda tikanlı, boz tüklərlə örtülmüşdür. Yarpaqlarının əsası enli, yumurtaşəkilli, neştərvari, qısa, ucu şiş, üzəri tüklüdür. Yarpaqları 4 (8) cüt, ağ tüklü yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 15 mm, eni 5 mm, ellipsvari olub, yuxarı hissəsi qısa tikanlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşərək adətən başcığaoxşar, 3 sm uzunluğunda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, 1 mm enində, xətvari, qayığaoxşar, aşağı hissəsi çılpaq, yuxarısı keçəvari tüklüdür. Kasacığı 6–9 mm uzunluqda, xətvari, ağ, keçətüklü, dilimlidir. Tacı tutqun kül rəngli, kasacıqdan 2 dəfə uzundur. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Boz gəvən əsasən toxumlarla çoxaldılır. Vegetativ yollada çoxalması mümkündür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşaqlarında, əsasən cənub güneylərində, quru, daşlı yerlərdə bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanda təbii halda yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Gövdəsində qətran vardır. Yaşıllaşdırmada istifadə olunmur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov