Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür.
Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7 °C, yanvarın orta temperaturu −6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq −4,5 °C, −28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500–600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir.[1].
Meşə döşənəyi kül elementləri ilə zəngindir. Bu torpaqların meşə döşənəyi, töküntülər ağac və otdan ibarətdir. Adətən qalınlığı 1–2 sm olur; humus horizontu boz və ya tünd rəngdə olur. Boz meşə torpaqlarında humus adətən 3 %-dən 8 %-ə qədə, dəyj5jr Bunun mənbəyi meşə və ot töküntüləridir. Enliyarpaq meşə töküntülərlə tərkibində çoxlu miqdarda kül elementləri, xüsusilə kalsium üstünlük təşki, edir. Əlverişli iqlim şəraitində torpaq forması və mikrob canlılar yaxşı inikişaf edir. Meşə döşənəyinin miqdarı 150–300 s/ha təşkil edir. Meşə töküntüsünün meşə döşənəyinə olan nisbəti 4 : 7-dir. Su məhlulunda рН-ın miqdarı boz-meşə torpaqların humus horizontunda A2 və В hoizontlarına nisbətən çoxdur. Fulvo turşuların profil boyu yuyulması nəticəsində aşağı qatlarda mühit reaksiyası turşuluğa doğru dəyişir. Lakin C horizontunda turşuluğun azalması torpaqəmələgətirən süxurların hesabına baş verir.
Humus qatında kalsiumun miqdarının çoxluğu bitki qalıqları ilə bağlıdır. Uducu kompleks əsaslarla doymuşdur. Çimli-podzol torpaqlardan fərqli olaraq, profildə dəmir və digər metallar zəif ifadə olunmuşdur.