Boz yalançı tsuqa

Boz yalançı tsuqa (lat. Pseudotsuga menziesii var. glauca) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin yalançı tsuqa cinsinin menzis yalançı tsuqası növünə aid bitki yarımnövü.

Boz yalançı tsuqa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimali Amerikanın şimal-qərbində 600 və 2600 m hündürlükdə Roki Mauntens dağ vadilərində bitir. Hündürlüyü 30-50 m-dir, vətənində formaların hündürlüyü 90-100 m, gövdəsinin diametri 5 m olur. Avropada eni 8-10 m-ə qədər olur. İllik boy artımı 40 sm, eninə 20 sm-dir. Həmişəyaşıl, iri, tez böyüyən ağacdır; cavanlıqda düz, çətiri sütunşəkilli və düz gövdəli, yaşlandıqda gövdəsi qalınlaşır, çətiri enli olur, güclü, horizontal, yaruslu budaqlıdır. Cavan ağacların qabığı tünd-boz, qalınlığı 25 sm-ə qədər, dərin yarıqlıdır.

Qozaları uzunsov-yumurtavarı, uzunluğu 5-10 sm, diametri 1-3,5 sm-dir. Üçdişli qabıqlarla örtülmüşdür.

Normal torpaqlarda kök sistemi mil şəkillidir. Kökləri torpağın 1-1,4 m dərinliyinə gedir. Möhkəm gillicə torpaqlarda üst kök sistemi əmələ gətirir. İşıqsevəndir, kölgəyə davamlıdır. Quru və ya bataqlıq torpaqlarda pis bitir.

Mərkəzi Avropada soyuğa davamlıdır, yazda soyuqdan əziyyət çəkir, ancaq yüksək regenerasiya qabiliyyətinə malik olduğu üçün sonra bərpa olunur, çirkli havanı sevmir, humus əmələ gətirmir, budaqları qar altında sınır, oduncağı çox qiymətlidir, 500-700 il yaşayır.

Azərbaycanda Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında təsadüf edilir.