Boza — Mərkəzi Asiya mənşəli darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Mərkəzi Asiya, Balkanlar, Türkiyə, Qafqaz və Şimali Afrikada hazırlanır.
Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir.
Boza ən qədim türk mənşəli içkilərdəndir.[1][2]:77[3]:46
Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır.
Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə "buza" (boza) deyirdilər".
Övliyə Çələbi on yeddinci əsrin ortalarında İstanbulda 300-dən çox bozaçı dükanının fəliyyət göstərdiyini, bu dükanlarda 1100 bozaçının işlədiyini yazırdı.
Osmanlı dövründə həddən artıq mayalandırılaraq içinə xaşxaş əlavə olunan boza on doqquzuncu əsrdə istifadədən çıxmışdır.
Türkiyə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |