Bozqurd (mifologiya)

A wolf stands on snow and howls

Bozqurd — türk mədəniyyət tarixində çox geniş yayılmış obrazıdır.

Bozqurdların xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Türk mifoloji düşüncəsində Boz Qurd başlıca olaraq ulu əcdad, yol göstərici, xilaskar funksiyalarında çıxış edən hami ruh, mədəni qəhrəman statuslu mifik obrazdır. İlk türklərin- əcdadların müasiri kimi Boz Qurd bu mənada türk etnik-mədəni ənənəsində kosmoqonik aktın iştirakçısı olan bir mədəni qəhrəmandır. Oğuznamə motivlərinin ən əski qatında dayanan bu varlığın bütün funksiyaları da onun mədəni qəhrəman, sakral mənşəli"Göy oğlu" olmasından gəlir. Mənşəcə mifoloji ilkin əcdad obrazına bağlanan Boz qurda,məsələn yakutlar etnik-mədəni ənənənin təbiətinə uyğun olaraq "Göy oğlu" deyirdilər ki, bu adı onun məhz sakral təbiətli bir varlıq olduğunu işarələyir. Ona görə də Boz Qurdu "az qala tanrı səviyyəsinə qaldıran"(!) bir obraz və s. olaraq görmək onun etnik-mədəni ənənənin dəyərlər düzümündəki yerini düzgün müəyyən edilməməsindən irəli gəlir. Əslini-kökünü qurda bağlayan əski türklərin Aşına soyu qurdu özlərinin ulu əcdadları elan etmişdilər. Türk dastanlarında qurd üstəlik də yolgöstərən, böhranlı zamanlarda imdada yetişən bir varlıqdır. Uyğurların qutlu dağ əfsanəsində deyilir ki, ölkəyə səadət və bərəkət gətirildiyinə inannılan bir qayanın çinlilərə verilməyindən sonra uğursuzluqlara tuş gələn məmləkətin aclığa məhkum olması üzündən özlərinə yeni yurd axtaran uyğurların önünə düşüb onlara yol göstərmişdi. Qurdun ulu mifik əcdad olduğu düşüncəsi başqurdların mənşə miflərində də öz əksini tapıbdır. Həmin mif mətninə görə, "başqurd" elə göylərdən gələn ilahi mənşəli "qurdun önə düşüb gətirdiyi xalq" deməkdir. Bir çox türk boyları və soylarının öz əcdadlarını legitim hakimiyyətin tək bir qaynağı kimi qurda bağlamaları Turan xalqlarının inanışlarında onun xüsusi sakral semantikasını doğurdu. Arxaik düşüncədə bayraq dövlətin yaradıcısı olan soyun əcdad ruhunun məkanı bilindiyindən göytürklərin və uyğurların əfsanəsində də Boz Qurd yol göstərəndir. Ümumiyyətlə, türk soyunun ağır günündə, bu soyun başı üzərini təhlükə aldığı zaman Boz Qurd (soyun azadlıq ruhunun rəmzi kimi) yenidən meydana çıxır, yol göstərir, bələdçilik edir.[1]

  1. Cəlal Bəydili. "İstiqbal xalq ədəbiyyatınındır". Bakı: “Elm və təhsil”. 2015. səh. 312 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Bozqurd mövzusunda ədəbiyyatlar