Brüsselləşdirmə (frans. bruxellisation, niderl. verbrusseling) — şəhərsalmada tarixi tikililərin kütləvi sökülməsi və əvəzində müasir binaların inşası ilə müşayət olunan şəhərlərin rekonstruksiyasına nizamsız yanaşma[1].
Termin 1960-1970 illərdə Brüsselin tarixi hissəsinin kütləvi uçurulması ilə əlaqədar alman Allgemeine Zeitung qəzetində işlənib.