Bradypus pygmaeus

Cırtdan ərincək[3] (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir.

Cırtdan ərincək
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cırtdan ərincək
Beynəlxalq elmi adı

Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır.

Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır.

Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir. Həyat tərzi haqqında az şey məlumdur. Bütün üçbarmaqlı ərincəklər kimi, əsasən yarpaqlarda qidalanırlar. Cırtdan ərincək üzmək ustasıdır.

Növ nəsli kəsilmək üzrədir və Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Kitabına daxil edilmişdir. Ümumi sayı məlum deyil. Ehtimal edilir ki, sayları 500-dən azdır. Adada insanlar yoxdur, lakin vaxtaşırı balıqçılar, kəndlilər və ərincəkləri ovlayan digər insanlar tərəfindən ziyarət edilir. Növbəti təhlükə adanın turizmə açılmasıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Полная иллюстрированная энциклопедия. "Млекопитающие" Кн. 2 = The New Encyclopedia of Mammals / под ред. Д. Макдональда. — М.: Омега, 2007. — С. 436. — 3000 экз. — ISBN 978-5-465-01346-8.

D. E. Wilson, D. M. Reeder, Mammal Species of the World, Johns Hopkins University Press, 2005 Anderson, R. P. and Handley Jr., C. O. A new species of three-toed sloth (Mammalia: Xenarthra) from Panama, with a review of the genus Bradypus // Proceedings of the Biological Society of Washington. — 2001. — Vol. 114, № 1. — P. 1–33