Brahmi

Aşoka sütünları üzərində Brahmi yazısı

Brahmi — qədim hind heca yazılarından biri.

E.ə. VIII-VII əsrlərdə yarandığı ehtimal olunur. Oxunmuş ilk abidələri Sohqauradan tapılmış mis lövhə (e.ə. IV əsr), padşah Aşokanın (e.ə. III əsr) qaya üzərində yazılmış fərmanlarıdır. Brahminin mənşəyi müəyyənləşdirilməmişdir. Brahmi əlifbası 4 sait və 31 hecadan (samit+qısa “a” saiti), samitin burunda tələffüz olunmasını göstərən xüsusi işarədən ibarət idi. Soldan sağa yazılırdı. Hindistan Şri-Lanka (Seylon), Birma ,Tailand və s. ölkələrdə yayılmış müasir əlifbalar Brahminin əsasında yaradılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]