Bravi

Qəfildən kahin don Abbondio görür ki, onu gözləyən başkəsənlər bravilərdir. Manzoninin "Nişanlılar" əsərindən bir səhnə.

Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər[1][2] və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür.

Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi.

"Nişanlılar" əsərindəki bravilər

[redaktə | mənbəni redaktə et]

Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi.[3] Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi.

l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.

  1. Chisholm, Hugh, ed. (1911). "Bravo". Encyclopædia Britannica (11th ed.). Cambridge University Press.
  2. Aqşin Quliyev. Hüquq ensiklopediyası. Bakı, Qanun, 2007. 1108 s.
  3. Alessandro Manzoni, I promessi sposi, 1840.