Braziliya Əməkçilərinin Mərkəzi

Braziliya Əməkçilərinin Mərkəzi (port. Central Única dos Trabalhadores) — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir.

Braziliya Əməkçilərinin Mərkəzi
Yaranma tarixi 1983
Mərkəzi
cut.org.br
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəz 1983-cü ildə 5 min qadın və kişinin iştirak etdiyi etiraz aksiyasındın sonra yaranıb. Həmin tətildə iştirak edənlər Braziliyada baş alıb gedən qanun pozuntularına qarşı çıxmışdılar. Etiraz aksiyasından sonra konqres keçirilir və 28 avqustda təşkilatın yaranması təsdiq olunur. Mərkəzi bəzən Braziliya işçi qrupunun mübarizə aləti kimi də adlandırırlar.

1985-ci il mərkəzin tarixində ən çətin il kimi yadda qalıb. Çünki həmin dövr Braziliyada daxili siyasi qarşıdurmalar və vətəndaş müharibəsi baş qaldırmışdı. Belə halda cəmiyyəti vahid şəkildə əldə saxlamaq və insanlar arasında demokratiyanı tənzimləmək çox çətin idi. Lakin Braziliya Əməkçilərinin Mərkəzi yenilməzliyini ilk dəfə nümayiş etdirdi və üz-üzə gəldiyi problem dağını məharətlə aşdı.

Hazırda bu təşkilat aktiv fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından biridir. Demək olar ki, cəmiyyəti, ictimaiyyəti və sosial həyatı əhatə edən bütün aktual məsələlərə dair bir sıra proqramlar hazırlayır. Bu proqramları beynəlxalq arenada da imkan daxilində gündəmə gətirir, təcrübə mübadiləsi aparır.

Mərkəz fəaliyyətini müstəqil və demokratik əsaslar üzərində quran işçi kütləsinin maraq və mənafeyini qoruyan bir təşkilatdır. Bərabərlik və həmrəylik prinsipinə riayət edən qurum ölkənin dövlət qulluğu və özəl sektorunda çalışan, həm fəal, həm də passiv işçilərin hər birini əhatə edir, onların yaşayış və iş şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir.

Ölkədə demokratik cəmiyyətin əsas qurucusu kimi çıxış edir. Mərkəz Latın Amerikasının ən irimiqyaslı həmkarlar ittifaqıdır. Dünya üzrə işçilərin hüquqlarını qoruyan qurumlar arasında isə üzvlərinin sayına görə beşincidir. Bununla yanaşı, yarandığı gündən bu günə kimi ölkənin sosial inkişafında hegemonluğunu qoruyub saxlayır. Bunu həyata keçirdiyi əmək münasibətləri sistemini düzgün və məqsədyönlü şəkildə qurması nəticəsində əldə edib. Mərkəzin əsas məqsədlərindən biri odur ki, işçilərin hüquqları genişləndirilsin və tam təmin olunsun.

Təşkilatın 7 500 000 üzvü var. Demək olar ki, ölkə iqtisadiyyatının bütün sahələrində fəal iştirak edir.

Hazırda təşkilata Vaqner de-Freytas Moraes rəhbərlik edir.

  • International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7. (#explicit_et_al)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]