Breddok ekspedisiyası

Breddok ekspedisiyası, həmçinin Breddok kampaniyası və ya Breddok məğlubiyyətiFransa–hindi müharibəsi zamanı, 1755-ci ilin yayında Fort-Dükeni (1754-cü ildə qurulmuşdur, indi Pittsburq şəhərinin mərkəzində yerləşir) fransızlardan tutmaq üçün həyata keçirilmiş Britaniya hərbi ekspedisiyası. Britaniya qoşunları 9 iyul 1755-ci ildə Mononqahela döyüşündə məğlub olmuş və sağ qalanlar geri çəkilmişdir. Ekspedisiya adını Britaniya qüvvələrinə rəhbərlik edən və səydə həlak olan general Edvard Breddokdan götürmüşdür. Breddokun məğlubiyyəti Fransa ilə müharibənin ilkin mərhələlərində britaniyalılar üçün böyük uğursuzluq olmuşdur. ABŞ tarixçisi Con Mak Farager bunu XVIII əsrdə ingilislər üçün ən fəlakətli məğlubiyyətlərdən biri kimi xarakterizə etmişdir.[1]

Breddok ekspedisiyası
Tarix iyul 1755
Yeri
  1. Faragher, John Mack. Curiosity is Natural: 1734 to 1755 // Daniel Boone: The Life and Legend of an American Pioneer. New York: Henry Holt and Company. 1993. səh. 38. ISBN 978-1429997065. İstifadə tarixi: 18 March 2022. The Battle of the Monongahela [...] was one of the bloodiest and most disastrous British defeats of the eighteenth century.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Chartrand, Rene. Monongahela, 1754–1755: Washington's Defeat, Braddock's Disaster. United Kingdom: Osprey Publishing, 2004. ISBN 1-84176-683-6ISBN 1-84176-683-6.
  • Jennings, Francis. Empire of Fortune: Crowns, Colonies, and Tribes in the Seven Years War in America. New York: Norton, 1988. ISBN 0-393-30640-2ISBN 0-393-30640-2.
  • Kopperman, Paul E. Braddock at the Monongahela. Pittsburgh, PA: University of Pittsburgh Press, 1973. ISBN 0-8229-5819-8ISBN 0-8229-5819-8.
  • O'Meara, Walter. Guns at the Forks. Pittsburgh, PA: University of Pittsburgh Press, 1965. ISBN 0-8229-5309-9ISBN 0-8229-5309-9.
  • Preston, David L. The Battle of the Monongahela and the Road to Revolution (2015)
  • Russell, Peter. "Redcoats in the Wilderness: British Officers and Irregular Warfare in Europe and America, 1740 to 1760", The William and Mary Quarterly (1978) 35#4 pp. 629–652 in JSTOR

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]