Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu.
Brenda Kastillo | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1992[1] (32 yaş) |
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 167 sm |
Çəkisi | 55 kq |
Mövqeyi | libero |
Vikianbarda əlaqəli mediafayllar |
Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir. Həmin ilin noyabr ayından o, heyətə cəlb olunan Suzana Cebiçin əvəzinə komandaya gətirilir. Hal-hazırda da Rabitədə oynayan Brenda dünyanın ən güclü liberosu sayılır.
Tarix | Ölkə | Klub |
---|---|---|
2007-2010 | San Kristobal | |
2009 | Pueblo Nuevo | |
2010 | Mirador | |
2011-2012 | Kriollas de Kaquas | |
2012- | Rabitə Bakı |
60-dan çox mükafatı olduğu üçün burda yalnız az bir hissəsi qeyd olunub.
2008
2009
2010
2011
2012
2013
2014