Bretan— Breton, günümüzdə Fransa sərhədləri içində qalan, keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgə. Anlayış ayrıca 6 Seltik xalqından biri olan Bretanları təsvir etmək üçün də istifadə edilir. Bretan haqqında məşhur olaraq danışılır.
Bretan bölgəsi şimalda La-Manş boğazı (İngilislər tərəfindən İngilis kanalı olaraq adlandırılır) və cənubda Biskay körfəzi ilə əhatə olunmuş Fransanın şimal bölgəsindəki böyük bir yarımadadır. Bölgənin sahəsi 34.034 km2-dir. Inzibati olaraq 4 sahəyə bölünür- mərkəzi Rennes olan Ille-et-Vilaine, mərkəzi Saint Brieuc (Bretan dilində Sant-Brieg) côtés-d'Armor, Vannes (Bretan dilində Gwened) və mərkəzi Brest olan Finistere.
2004-ci ilin etibarı ilə Bretanın əhalisi 4.198.500 nəfərdir. Əhalinin 72%-i Bretan bölgəsində, digər 28%-i isə Pays de la Loire bölgəsində yerləşmişdir. 1999 əhali sayımına görə ən böyük yaşayış bölgələri bunlardır: Nantes (Bretan dilində Naoned) (711.120 nəfər), Rennes (Bretan dilində Roazhon) (521.188 nəfər) və Brest (Bretan dilində Leon) (303.484 nəfər).[1] Tarixi olaraq bölgə sərhədləri içində olan Nantes, 1941-ci ildən bu yana Pays de la Loire bölgəsinin və bu bölgəyə bağlı Loire-Atlantique əyalətinin mərkəzidir. Bunun səbəbi Rennes və Nantes arasındakı əyalət mərkəzi olma münaqişəsidir.
Bu gün Bretan adlanan ərazidə insan məskənləri erkən Paleolit və ya Epi-paleolitik dövrə qədər dönür. Bölgədəki neolit dövründən qalma megalitlər tapılmışdır. Roma mənbələrində Dəmir dövründə Venesiya, Osismii, Namneti, Coriosoliti və Riedoni tayfalarının mövcudluğunu qeyd edilir.