Bricmen Stokbarger metodu

Bricmen — Stokbarger metodu Harvard Universiteti fiziki Persi Uilyam Bricmenin (1882–1961) və Massaçusets texnologiya institutunun fiziki Donald K.Stokbargerin (1895–1952) şərəfinə adlandırılıb. Bu metod özündə monokristal külçələrin yetişdirilməsində istifadə olunan iki fərqli metodu birləşdirir.

Polikristallik material ərimə temperaturundan yüksək temperaturuna qədər qızdırılır və konteynerin aşağı ucundan başlayaraq yavaş soyudulur. Proses şaquli istiqamətlərdə həyata keçirilir və adətən ərintinin qarışdırılması üçün fırlanan tigel (ampula) istifadə olunur.[1]

Çoxralski üsulu ilə bəzi yarımkeçirici kristalların yetişdirilməsi çətin olduğundan bu məqsədlə çox vaxt Bricmen-Stokbarger metodundan istifadə olunur.[1] Bu proses monokristal külçələrin istehsalında çoxeffektiv üsul sayılır

Bricmen texnikası ilə Stokbarger texnikası arasında çox incə fərq var: halbuki, hər iki metodda hərəkət edən tigel və temperatur qradiyenti istifadə edilir, Bricmen metodunda[2] əsasən sobadan çıxışda yaradılan idarə olunmayan qradiyent;Stokbarger texnikasında isə[3] iki əlaqəli peçin yuxarı və aşağı donma nöqtələrinin temperaturlarını ayıran arakəsmə və ya rəfdən istifadə olunur. Bricmen metodunun Stokbarger modifikasiyası ərinti sərhəddində temperatur qradiyentini daha yaxşı idarə etməyə imkan verir.

  1. 1 2 Hans J. Scheel; Peter Capper; Peter Rudolph. Crystal Growth Technology: Semiconductors and Dielectrics. John Wiley & Sons. 25 October 2010. 177–178. ISBN 978-3-527-32593-1.
  2. Bridgman, Percy W. "Certain Physical Properties of Single Crystals of Tungsten, Antimony, Bismuth, Tellurium, Cadmium, Zinc, and Tin". Proceedings of the American Academy of Arts and Sciences. 60 (6). 1925: 305–383. doi:10.2307/25130058. JSTOR . 25130058 .
  3. Stockbarger, Donald C. "The Production of Large Single Crystals of Lithium Fluoride". Review of Scientific Instruments. 7 (3). 1936: 133–136. Bibcode:1936RScI....7..133S. doi:10.1063/1.1752094. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-06.