Brilliant Babayeva

Babayeva Brilliant Camal qızı — azərbaycanlı aktrisa.

Brilliant Babayeva
Brilliant Camal qızı Babayeva
Digər adı Brilyant Babayeva
Doğum tarixi
Fəaliyyəti aktrisa

Həyatı[redaktə | mənbəni redaktə et]

Brilliant Babayeva 1979-cu ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır. S.Rəhmanın "Yalan", R.Əlizadənin "Kəndimizin narları", A.Abdullazadənin "Evlərin axşamları" tamaşalarında obrazlar yaratmışdır. 1983-cü ildə teatrın təqdimatı ilə M.A.Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuş, 1987-ci ildə "Kino-dram aktyoru" ixtisası üzrə həmin institutu bitirmişdir. Yenidən Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətini davam etdirmiş, bu teatrın səhnəsində çoxsaylı obrazlar yaratmışdır.

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. Müsyö Jordan və Dərviş Məstəli şah (M.F.Axundov) — Şərəfnisə
  2. Yalan (S.Rəhman) — Şəlalə
  3. Onun iki qabırğası (Ə.Əmirli) — Ceyran
  4. Adsız ulduz (M.Sebastian) — Mona; Tamara
  5. Bankir adaxlı (T.Vəliyeva) — Səmayə
  6. Hacı Qara (M.F.Axundov) — Tükəz
  7. Yağışdan çıxdıq, yağmura düşdük (N.B.Vəzirov) — Dilbər xanım
  8. Məni qınamayın (Hidayət) — Günay

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Şəki teatrında (film, 2006)
  2. Kəndim+nizə qayıdın!? (film, 2007)